CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AAYDA bu məsələ ilə bağlı artıq vətəndaşlardan xahiş edir

© Azerbaijan Highway State AgencyYasamal rayonu Hüseyn Cavid prospektində istifadəyə verilmiş yeni piyada keçidi
Yasamal rayonu Hüseyn Cavid prospektində istifadəyə verilmiş yeni piyada keçidi  - Sputnik Azərbaycan
Abunə olmaq
Yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sisteminin barmaqlıqları və süzgəcləri kənar cisimlərdən təmizlənərək ötürücülüyü bərpa olunur, keçidlərin pilləkən və qalereya hissələri yuyulub təmizlənir.

BAKI, 14 yanvar — Sputnik. Bakı şəhərində və şəhərətrafı avtomobil yollarında olan yeraltı piyada keçidlərində təmizlik işləri aparılır. Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sisteminin barmaqlıqları və süzgəcləri kənar cisimlərdən təmizlənərək ötürücülüyü bərpa olunur, keçidlərin pilləkən və qalereya hissələri yuyulub təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi piyada keçidlərindən istifadə edən vətəndaşlardan təmizliyə riayət etmələrini və siqaret kötüyü, saqqız kimi istifadə olunmuş hər hansı qalığı yerə, xüsusi ilə barmaqlıqların arasına atmamağı xahiş edir.

Xəbər lenti
0