CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SputnikPro yadda qalacaq infoqrafika barədə danışacaq

© Sputnik / Murad OrujovОбразовательный проект SputnikPro в мультимедийном пресс-центре Sputnik Азербайджан
Образовательный проект SputnikPro в мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı media menecerləri azərbaycanlı həmkarları ilə vizual jurnalistika barədə fikirlərini bölüşəcəklər

BAKI, 13 yanvar — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda Azərbaycan KİV-nin nümayəndələri üçün SputnikPro layihəsinin növbəti modulunu həyata keçirir.

Rusiyalı media menecerləri azərbaycanlı həmkarları ilə vizual jurnalistika barədə fikirlərini bölüşəcəklər.

"Yadda qalacaq infoqrafika: məhdud resurslar şəraitində layihələri necə etməli" mövzusuna həsr olunan master-klass yanvarın 16-da saat 10:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində başlayacaq.

Пресс-центр Sputnik Эстония. Архивное фото - Sputnik Azərbaycan
Sputnik Estoniya-nın işçiləri təhdidlərə görə redaksiyanı tərk etdilər

Onlayn və çap mətbuatının jurnalist və dizaynerləri ilə görüşdə "Rossiya seqodnya" BİA-nın İnfoqrafika studiyasının aparıcı redaktoru Mariya Potaşova və studiyanın aparıcı bədii illüstratoru Natalya Terexova iştirak edəcək.

Mariya Potaşova – "Rossiya seqodnya" BİA-nın İnfoqrafika studiyasının aparıcı redaktoru, Çap Universitetinin (Poliqrafiya Universiteti) Redaktorluq fakültəsinin məzunudur. "Exo Moskva" saytının baş redaktoru, "Diletant" tarixi jurnalının saytının infoqrafikalarının redaktoru və dizayneri, "Afişa.Yeda" saytının köşə yazarı və fotoredaktoru işləyib. 2013-cü ildə "Moskovskiye novosti" qəzetinin redaksiyasına infoqrafika redaktoru kimi gəlib. 2014-cü ildən "Rossiya seqodnya" BİA infoqrafika studiyasının aparıcı redaktorudur. "Malofiej", "HOW", "Information is Beautiful" kimi infoqrafika müsabiqələrinin nüfuzlu mükafatlarının sahibidir.

Nataliya Terexova – "Rossiya seqodnya" BİA-nın İnfoqrafika studiyasının aparıcı bədii illüstratorudur. Oryol Dövlət Universitetinin Bədii qrafika fakültəsini "qrafika dizayneri" ixtisası üzrə bitirib. Uşaq nəşriyyatında, operativ poliqrafiyada, reklam agentliyində və televiziyada dizayner işləyib. 2015-ci ildə studiyaya illüstrator kimi gəlib, 2017-ci ildən "Rossiya seqodnya" BİA-nın İnfoqrafika studiyasının aparıcı rəssam-illüstratorudur. "Malofiej" və "Information is Beautiful" kimi infoqrafika müsabiqələrinin nüfuzlu mükafatlarının sahibidir.

Sputnik Azərbaycan-nın Yeni illə bağlı xeyriyyə aksiyası - Sputnik Azərbaycan
FOTO
Sputnik Azərbaycan cəbhə bölgəsindəki uşaqlara hədiyyə payladı

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

SputnikPro Azərbaycanda səkkizinci dəfədir həyata keçirilir.

Xəbər lenti
0