CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kəskin virus yayılıbmı?

© Sputnik / Alexander KondratykВспышка гриппа и ОРВИ
Вспышка гриппа и ОРВИ - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən illə müqayisədə bu il kəskin respiretor viruslar xeyli azalıb. O ki qaldı, Gürcüstandakı vəziyyətə, orada da katostrofik vəziyyət qeydə alınmayıb" - Cəlal İsayev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. "Hazırda Azərbaycanda elə də güclü epidemiya müşahidə olunmur. Təhlükəli epidemoloji situasiya müşahidə olunmur. Hər ilin soyuq aylarında olduğu kimi xəstələnmə hallarının sayı artıb. Lakin bizə ağır xəstə olduğunu deyərək müraciət edən yoxdur". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, hazırda epidemoloji situasiya nəzarət altındadır: "Yoluxan şəxslər gərək ki, xəstə vəziyyətdə işə getməsinlər. Bu gün yayılan xəstəliklərin hamısını qrip adlandırmaq olmaz. Çünki çoxsaylı viruslar var ki, qripəbənzər xəstəliklər törədir. Onlar da kəskin respiretor virus adlanır".

"Ötən illə müqayisədə bu il kəskin respiretor viruslar xeyli azalıb. O ki qaldı, Gürcüstandakı vəziyyətə, orada da katostrofik vəziyyət qeydə alınmayıb", - deyə C.İsayev əlavə edib.

Onun sözlərinə görə, kəskin virus hamilələrdə, körpə və xəstəliyi olan yaşlı insanlarda kəskin müşahidə olunma ehtimalı olduğu üçün bu həssas təbəqənin qorunmaya ehtiyacı var. Bundan başqa, o, bildirib ki, antibiotiklərin kəskin virus infeksiyalarına heç bir xeyri yoxdur.

Xəbər lenti
0