Öncə Suriya, sonra Türkiyə: Putin və Ərdoğan nələri müzakirə edəcəklər

© Sputnik / Aleksey Nikolskyi / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Suriyadakı qoşunlarının idarəetmə məntəqəsində Bəşər Əsədlə görüşən Vladimir Putin sabah Türkiyəyə səfər edəcək

BAKI, 7 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Suriyaya gedib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Kremlin təmsilçisi Dmitri Peskovun sözlərinə görə, o, Suriya Prezidenti Bəşər Əsədlə görüşüb. 

B.Əsəd V.Putini Rusiyanın Suriyadakı qoşunlarının idarəetmə məntəqəsində qarşılayıb.  

"Dövlət başçıları hərbçilərin ölkənin müxtəlif bölgələrindəki vəziyyət barədə məruzələrini dinləyiblər", - Peskov əlavə edib. 

Əsədlə görüşündə Putin bildirib ki, "Suriyanın dövlətçiliyinin və ərazi bütövlüyünün" bərpa olunmasında böyük məsafə qət olunub. 

Aeroportdan idarəetmə məntəqəsinə gələnədək Putin Dəməşq küçələri ilə keçib. Bundan sonra o qeyd edib ki, Suriya paytaxtında "bərpa olunan dinc həyatın təzahürlərini adi gözlə də görmək mümkündür".  

Əsəd isə öz növbəsində rusiyalı həmkarına təşəkkür edərək, Moskvaya terrorizmlə mübarizədə göstərdiyi köməyə görə minnətdarlığını bildirib. O, həmçinin Putini və Rusiya xalqını Milad bayramı münasibətilə təbrik edib. 

Peskovun sözlərinə görə, Putin Suriyada başqa bir neçə obyektə də baş çəkəcək. 

Yanvarın 8-də isə Putin Türkiyəyə səfər edəcək. Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin Türkiyədə "Türk axını" qaz kəmərinin işə salınması mərasiminə qatılacaq.

Məlumatda, həmçinin qeyd olunur ki, elə həmin gün Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar da həyata keçiriləcək.

Görüş zamanı Rusiya-Türkiyə əlaqələrinin inkişafı, həmçinin aktual beynəlxalq məsələlər də müzakirə ediləcək.

 

Xəbər lenti
0