CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ovçuluq bileti almaq istəyənlər imtahandan keçirilir

© pixabay / SimedblackОхотник, фото из архива
Охотник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. "Son 4 ay ərzində 5 saylı "ASAN Xidmət" vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət daxil olub". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb. Nazirlik sözçüsü xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq "ASAN Xidmət" vasitəsi ilə həyata keçirilir: "Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur".

© Sputnik / Irade JELILETSN-də mətbuat konfransı
Ovçuluq bileti almaq istəyənlər imtahandan keçirilir - Sputnik Azərbaycan
ETSN-də mətbuat konfransı
Xəbər lenti
0