Kosmik nailiyyət: səmada Azərbaycan adlarını daşıyan ulduz və ekzoplanet peyda olub

© AP Photo / Rob GriffithТуристы наблюдают Млечный Путь около Брокен-Хилла, Австралия
Туристы наблюдают Млечный Путь около Брокен-Хилла, Австралия - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" (NameExoWorlds) müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb.

BAKI, 28 dekabr — Sputnik. Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" (NameExoWorlds) müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb.

Работа Holding Due North фотографа Jake Mosher, вошедшая в шорт-лист конкурса Insight Investment Astronomy Photography of the Year 2018 - Sputnik Azərbaycan
FOTO
Sirli kosmos: 2018-in ən yaxşı şəkilləri

BAİ tərəfindən hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. İştirakçı ölkələrdə milli koordinatorlar tərəfindən müsabiqə təşkil olunub, ictimaiyyətin təklifləri qəbul edilib və müsabiqə şərtlərinə uyğun gələn 10 ən yaxşı təklif seçilərək ictimai səsverməyə qoyulub. Səsvermənin nəticələrinə əsasən 3 ən çox səs toplamış təklif dəyərləndirilməsi üçün BAİ-yə təqdim edilib. Bu çoxmərhələli prosesdə dünyanın 110-dan çox ölkəsindən 780 min həvəskar və peşəkar astronom iştirak edib.

"BAİ100 Ekzoplanetləri adlandırın" qlobal müsabiqəsinin iştirakçıları arasında Azərbaycan da yer alır. Müsabiqə çərçivəsində adlandırılması üçün Azərbaycana "Ophiuchus" bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti təyin edilib.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə təşkil olunan müsabiqə böyük marağa səbəb olub. Tarixi şəxslər, coğrafi adlar, memarlıq abidələri və s. kimi müxtəlif səpkili mövzuları əhatə edən mindən çox adlarla bağlı təklif qeydə alınıb. Qeydə alınan təkliflər dəyərləndirilib və 10 təklif seçilərək səsverməyə çıxarılıb. İctimai səsvermədə ən çox səs toplamış 3 təklif Beynəlxalq Astronomiya İttifaqına təqdim olunub.

© Instagram / natellakerimovaAzərbaycanlı model və blogger Natella Kərimova
Kosmik nailiyyət: səmada Azərbaycan adlarını daşıyan ulduz və ekzoplanet peyda olub - Sputnik Azərbaycan
Azərbaycanlı model və blogger Natella Kərimova

Beynəlxalq Astronomiya İttifaqı müsabiqə nəticələrini dəyərləndirərək, qaliblərin adını açıqlayıb. Azərbaycan üçün təyin edilmiş ulduz və ekzoplanetə Natella Kərimova tərəfindən təklif edilən "Məhsəti" və "Gəncə" adları "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin qalibi seçilib. Kərimova bu müsabiqədə iştirakı ilə bağlı daha ətraflı Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

- Natella, siz NameExoWorlds müsabiqəsində ilk dəfə iştirak edirdiz və ümumiyyətlə orada iştirak etmək ideyası haradan doğub?

- NameExoWorlds müsabiqəsi ikinci dəfə keçirilir, amma mən ilk dəfədir iştirak edirəm. Onun haqqında yerli koordinator - Azərbaycanda son nəsil texnologiya ilə təchiz olunmuş ilk planetarium "Tusi Bohm Planetarium"un direktoru Famil Mustafadan eşitdim. O, mənim kosmosa marağımı bilirdi və mənə orada iştirakı təklif etdi.

Министр иностранных дел Сергей Лавров в ходе пресс-конференции глав МИД Азербайджана в Баку - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ilə ABŞ arasında növbəti mübahisə: Bu dəfə kosmos üstündə

- Rəqabət böyük idi?

- İştirak üçün ərizələrin sayı minə yaxın idi, onlardan yerli təmsilçilər müsabiqə şərtlərinə uyğun gələn 10 ən yaxşı təklifi seçərək ictimai səsverməyə qoyurlar. Həmin səsvermədə mənim iki əsas rəqibim var idi, onlardan biri yekunda liderlik edirdi. Amma yekun qərarı Beynəlxalq Astronomiya İttifaqı qəbul elədi. Onlar mənim variantımı və arqumentlərimi daha məqsədəuyğun hesab etdilər.

- Siz niyə ulduzlar və ekzoplanetlər üçün məhz bu adları seçmək qərarına gəldiz?

- Onlar təsadüfən seçilməyib. Əvvəlcə ulduzların adı Məhsəti seçildi. Mən Məhsəti Gəncəvinin yaradıcılığı ilə böyümüşəm və onu gözəl şair hesab edirəm. O, bütün dövrlərin ən görkəmli Azərbaycan qadını olub və o, öz fikirlərini hələ çox kişinin ifadə edə bilmədiyi o zamanlarda (XII əsrdə) azad şəkildə ifadə edib. Onun əla təhsili və çox sahədə istedadı olub. O, rəqs edə, müxtəlif musiqi alətlərini ifa edə bilirdi. Məhsəti böyük Nizaminin yetirməsi olub və onlar dost olublar.

Azərbaycanlı energetikdən kosmos yolunu ucuzlaşdıracaq ideya

Belə bir ulduzun planeti isə yalnız şairənin vətəni - mədəniyyətin və azadfikirliliyin beşiyi, təkcə ona deyil, bugünkü müstəqil Azərbaycana vaxtilə və indi çox şey verən Gəncə ola bilərdi.

- Növbəti dəfə bu müsabiqədə iştirak etmək qərarına gəlsəniz, səma cisimlərinə başqa hansı adı vermək istərdiniz?

- Digər bir planetə, yaxud da ulduza mən Azərbaycanın ən yaxşı şair və mütəfəkkirlərindən biri olan Mirzə Şəfi Vazehin adını verərdim. Onun milli ədəbiyyatımıza verdiyi töhfələr ölçüyəgəlməzdir. İstəyərdim ki, qalaktikada onun adını daşıyan planet və yaxud da ulduz olsun.

Xəbər lenti
0