Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Müasir stadion inşa edilir - Bu dəfə Sumqayıtda

© © Xaqani AzizovMehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu - Sputnik Azərbaycan
Abunə olmaq
Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 16 min nəfər nəzərdə tutulub. Köhnə stadionda meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança da tikiləcək.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun söküntüsünə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

1966-cı ildə istifadəyə verilən, 53 ildə bir çox beynəlxalq oyuna şahidlik edən stadion tamamilə sökülərək yerində yeni və müasir tələblərə cavab verən üstüörtülü arena inşa olunacaq.

© © Xaqani AzizovMehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Müasir stadion inşa edilir - Bu dəfə Sumqayıtda - Sputnik Azərbaycan
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 16 min nəfər nəzərdə tutulub. Köhnə stadionda meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança da tikiləcək.

Stadionun ərazisində otel də inşa olunması planlaşdırılır.

Mehdi Hüseynzadə adına stadionun 2020-ci ilin sonlarında qapılarını idmansevərlərin üzünə açacağı gözlənilir.

Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Xəbər lenti
0