Rus turistlərin maraqlarından xeyrimizə istifadə edəcəyik - Yeni ideya buna imkan verəcək

© Sputnik / Nina Zotina / Mediabanka keçidСкоростной поезд
Скоростной поезд  - Sputnik Azərbaycan
Abunə olmaq
"Lakin sürət həddinin hansı səviyyədə olacağı, sərhəd-keçid məntəqələrinin necə olacağı, hansı zaman kəsiyindən keçəcəyi çox vacib amildir" - Natiq Cəfərli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Bu ay Azərbaycan-Rusiya münasibətləri üçün çox yadda qalan oldu. Belə ki, ilk olaraq iki ölkə arasında turizm potensialını gücləndirmək üçün Azərbaycan-Rusiya turizm alyansı yaradılıb. Ötən gün isə Rusiya-Azərbaycan sərhədindən keçən Samur çayının üzərində yerləşən, 1957-ci ildə inşa olunmuş köhnə konstruksiyanı əvəz edən yeni avtomobil körpüsünün açılışı olub. Bu açılış mərasimində iki ölkə arasında Mahaçqala və Dərbəndədək sürət qatarının istismara veriləcəyi də bildirilib.

Bu gün ölkəmizə daha çox turist axınının məhz Rusiyadan olduğunu nəzərə alsaq, maraqlıdır, belə bir sürət qatarının isitsmara verilməsinin ölkəmiz üçün faydaları nədən ibarət olacaq?

Pirşağı dəmir yolu stansiyası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayram günlərində qatarların hərəkət cədvəli bəlli oldu

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, iki ölkə arasında sürət qatarının açılması turizm və iqtisadiyyata müsbət töhfələrini verəcək: "İki ölkə arasında sürət qatarının istismara verilməsi ticarət dövriyyəsinin artmasına da təsirsiz ötüşməyəcək. Bu sürət qatarının gələcəkdə digər şəhərlərədək hərəkətinin təmini isə daha müsbət addım kimi dəyərləndirilərdi. Belə olan halda Rusiya ilə Azərbaycan arasında turizm axını daha da sürətlənərdi. Çünki Rusiyanın turizm bazarı bizim üçün çox cəlbedicidir, elə ölkəmizə ən çox turist axını da məhz bu ölkədəndir. Daha çox turistin cəlb edilməsi isə bizim üçün əlavə gəlirlər deməkdir. Bunun üçün təbii ki, kompleks yanaşmaya ehtiyac var. Yəni, bu işə start verməzdən öncə rusiyalı turistlərin bir profili çıxarılmalıdır, onların əsas maraqları öyrənilməlidir".

"Lakin sürət həddinin hansı səviyyədə olacağı, sərhəd-keçid məntəqələrinin necə olacağı, hansı zaman kəsiyindən keçəcəyi çox vacib amildir. Sürət qatarları avtomobil marşrut xətlərinə rəqib olmalıdır ki, ən azından insanlar avtomobilə deyil, belə qatarlara üstünlük versinlər. Lakin sərhəd-keçid məntəqələrində gecikmələr olarsa, ümumilikdə sürət qatarları insanları daha tez mənzil başına çatdırmazsa, düşünürəm ki, elə bir faydası olmayacaq", - deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, yarana biləcək bu kimi problemlərin qarşısını almaq üçün bir sıra problemləri aradan qaldırmağa ehtiyac var: "İlk növbədə sərhəd-keçid məntəqələrinin daha sürətli, təkmil avadanlıqlarla təmin olunması, iki ölkə arasında qarşılıqlı müqavilələrin bağlanması önəmlidir. Bundan başqa, yolların yenidən çəkilməsinə ehtiyac var, çünki bəzi yollar artıq 10 illərdir ki, salınıb. Bunun üçün yollara kifayət qədər kapital qoyuluşuna ehtiyac yaranacaq. Sərhəd-keçid məntəqələrində gözləmə olarsa, bu sürət qatarı anlayışının cəlbediciliyini aşağı salmış olacaq".

Sumqayıtdan Bakıya gələn elektrik qatarı gecikib - Sputnik Azərbaycan
HADİSƏ
Avropa qatarlarına Bakı havası düşmədi: yenə gecikir

Ekspert bildirir ki, bu xəttin digər ölkələrədək genişlənməsi daha böyük fayda verə bilər.

Xatırladaq ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2923,8 min və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, onlar arasında ən çox üstünlüyü Rusiyadan gələnlər təşkil edib. Belə ki, bu ölkədən gələn turistlər ümumilikdə gələn turistlərin 29,8 faizini təşkil edib.

2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq 5095,0 min nəfər olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.

Xəbər lenti
0