Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Günay İbrahimli SSRİ xalq artistinin məşhur hitini yenidən oxudu - VİDEO

© © Courtesy of Gyunay IbragimliИзвестная азербайджанская певица Гюнай Ибрагимли
Известная азербайджанская певица Гюнай Ибрагимли  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı müğənni Rübabə Muradovanın ifa etdiyi kompozisiyanı Muxtar Abseynovun yeni aranjemanında oxuyub

BAKI, 21 dekabr — Sputnik. Məşhur azərbaycanlı müğənni Günay İbrahimli SSRİ Xalq artisti Rübabə Muradovanın repertuarından olan "Nədən oldu" kompozisiyasına ikinci həyat verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, İbrahimli sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Şəfiqə Axundovaya aid mahnını Muxtar Abseynovun hazırladığı yeni aranjemanda oxumaq qərarına gəlib.

"Mən bu mahnını təsadüfən seçməmişəm. Bu, mənim ən çox sevdiyim mahnılardan biridir. Onu dinləyicilərə digər formatda təqdim etmək istədim. Videokompozisiya Türkiyədə hazırlanıb", - deyə İbrahimli bildirib.

Müğənni hazırda digər mahnılar üzərində də işləyir və onları yaxın zamanda ictimaiyyətə təqdim edəcək.

Günay İbrahimli "Yeni ulduz" yerli musiqi festivalının finalçısıdır. Uzun müddət yaradıcılığa fasilə verən müğənni, bu yaxınlarda yenidən səhnəyə qayıtmaq qərarına gəlib.

Müğənni bir çox gənc həmkarları ilə duetlər oxuyub. Hazırda İbrahimli Azərbaycan şou-biznesində ən çox tələb olunan müğənnilərdən biridir. Müqayisə üçün Rübabə Muradovanın ifasında "Nədən oldu" kompozisiyasının orijinal variantını təqdim edirik.

Xəbər lenti
0