CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşayış minimumunun qaldırılması kirayə evlərə necə təsir edəcək?

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidСвязка ключей от квартир многоэтажного жилого дома, архивное фото
Связка ключей от квартир многоэтажного жилого дома, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaşayış minimumunun artması gəlirlər dəyişmədiyi halda vətəndaşın ödəmə qabiliyyətini ölçən zaman ona veriləcək kreditdə aylıq kirayə məbləğinə təsir göstərəcək” - Rəşad Həsənov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Yaşayış minimumu və ehtiyac meyarı təsdiqləndi

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.

Maraqlıdır, 2020-cı il yanvarın 1-dən qüvvəyə minəcək qanunun kirayə evlərlə bağlı layihəyə təsiri necə olacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında mövcud vəziyyəti şərh edib: “Ölkə üzrə yaşayış minimumunun artırılması zəruri idi. Kreditin verilməsi prosesi dəyərləndirilərkən hər bir fərdə görə yaşayış minimumu ümumi gəlirlərdən çıxılır. Həmçinin kirayə evlər layihəsi üzrə müraciət zamanı da vətəndaşın kredit qabiliyyəti ölçüləcək”.

“Vətəndaşın kredit qabiliyyətinin ölçülməsi kirayə evlər kimi bir sıra sosial layihələrdə istifadə olunan əsas indiqatorlardan biridir. Hər bir vətəndaşın gəlirlərində yaşayış minimumu ümumi gəlirlərdən çıxılmalıdır. Yaşayış minimumunun artması gəlirlər dəyişmədiyi halda vətəndaşın ödəmə qabiliyyətini ölçən zaman ona veriləcək kreditdə aylıq kirayə məbləğinə təsir göstərəcək”, - deyə o əlavə edib.

Ekspert bildirir ki, gəlirlər yaşamağa kifayət etmirsə, bu zaman kredit ödənişi etmək düzgün hesab edilmir: “Düzdür, burada başqa bir problem də var: əhali gəlirlərinin bir qismini rəsmi olaraq göstərə bilmir”.

“Kirayə mənzillərlə bağlı yeni yaradılan mexanizmdə aylıq kirayənin həcmi müəyyənləşdirilərsə, hər bir fərd üçün yaşayış minimumu ayrılıqda hesablanacaq. Digər xərclər çıxıldıqdan sonra geridə hansısa məbləğ qalmırsa, bu zaman həmin şəxsə heç bir kredit verilməyəcək”, - deyə o əlavə edib.

İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Prezidentdən 5 yaşayış məntəqəsi sakinlərinə xoş xəbər

Xatırladaq ki, bu ilin yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında Fərman imzalayıb. Qaydalara əsasən aylıq ödənişin tərkibinə yaşayış sahəsinin və fondun vəsaitlərini cəlbetmə dəyəri, ayrılan ehtiyatlar, fondun yaşayış sahəsini saxlaması, sığortalaması və idarəetməsi ilə bağlı xərclər daxildir. Bu layihənin əsas özəlliyi isə əlavə faizin olmamasından ibarətdir. Lakin şəxs ödənişini edə bilmədikdə bu ev ondan alınacaq və öncədən ödədiyi vəsaitlər geri qaytarılmayacaq.

Artıq bir neçə aydır ki, sosial layihələrdən biri olan kirayə mənzillərin bu ilin dekabrında satışa çıxarılacağı bildirilir. Son olaraq açıqlanan məlumata görə, 2020-ci ilin yanvarında kirayə evlərin satışına başlanılacaq.

Xəbər lenti
0