CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişin avtobusunun qəza səbəbi açıqlandı

© Photo : APAАвтобус, попавший в ДТП. Архивное фото
Автобус, попавший в ДТП. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzaya uğrayan 523 saylı sərnişin avtobusudur. Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Sumqayıt -Xırdalan istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, qəza hadisəsi Saray postu yaxınlığında qeydə alınıb: "Qəzaya uğrayan 523 saylı sərnişin avtobusudur. Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Nəticədə avtobus yol kənarında maneəyə çırpılıb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Hazırda bu istiqamətdə araşdırma davam edir".

Xəbər lenti
0