20:52 29 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
40 0 0

Jurnalist Pavel Şeremet 2016-cı il iyulun 20-də Kiyevdə avtomobilin partlaması nəticəsində həlak olub. O, 10 ilə yaxın Rusiya televiziya kanallarında, o cümlədən Birinci kanalda işləyib.

BAKI, 14 dekabr — Sputnik. Ukraynanın Daxili İşlər naziri Arsen Avakov bəyan edib ki, jurnalist Pavel Şeremetin qətlinə dair istintaq işindən dörd müşahidə kamerası vasitəsilə çəkilmiş videogörüntülər yoxa çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, Avakov bunu "Savik Şusterlə söz azadlığı" adlı teleproqramın efirində deyib.

"Biz bütün bu materialları – bütün kamera görüntülərini, bütün nəqliyyat qeydlərini və s. toplamağa başladıq. Və biz dörd kameranı tapmadıq. Onları əldə edə bilmədik. Bu yaxşı yerlərdə quraşdırılmış yaxşı kameralardır. Onlar bizim üçün lazımlı yerlərdə idilər və yüksək keyfiyyətli idilər", - nazir qeyd edib.

Bu yaxınlarda Avakov jurnalistin qətlində şübhəli bilinən üç nəfərin saxlanıldığını deyib.

Jurnalist Pavel Şeremet 2016-cı il iyulun 20-də Kiyevdə avtomobilin partlaması nəticəsində həlak olub. O, 10 ilə yaxın Rusiya televiziya kanallarında, o cümlədən Birinci kanalda işləyib.

Son beş ili Şeremet Kiyevdə yaşayıb. Jurnalist orada "Ukrainskaya Pravda" internet nəşri və "Radio Vesti" ilə əməkdaşlıq edib.

Əsas mövzular