00:56 28 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
122 0 0

Yeni əyləncələr hesabına ötən illərlə müqayisədə yaxın həftələrdə "Şahdağ"a gələn turistlərin sayının 5 faizə yaxın artacağı gözlənilir.

BAKI, 14 dekabr — Sputnik. "Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Şahdağ" Turizm Mərkəzinin sədri Rodderich Leffler deyib.

O, qeyd edib ki, istər yerli, istərsə də xarici turistlərin qış turizminə marağının artması müşahidə edilir.

Eyni zamanda Dövlət Turizm Agentliyi yalnız Quba, Qusarda deyil, bütün ölkədə turizmin inkişafı üçün böyük işlər görür: "Çox sevinirik ki, qış mövsümü üçün xidmətlərin sırasına əlavə xidmətlər, məsələn, "avtoxizək" xidməti əlavə etmişik. Biz bu gün son 6 ildə ilk dəfə olaraq, 6 sürüşmə zolaqlarının hamısını aktiv etmişik. Bu, əvvəlki illərdə havanın temperaturuna görə mümkün olmamışdı".

R.Lefflerin sözlərinə görə, yeni əyləncələr hesabına ötən illərlə müqayisədə yaxın həftələrdə "Şahdağ"a gələn turistlərin sayının 5 faizə yaxın artım olacağı gözlənilir.

"Xizək sürmək üçün keçid kartlar alınan zaman artıq turistlər sığortalanır. "Şahdağ"a yerli turistlər daha çox gəlir. Amma qonşu ölkələrdən də turistlər gəlir. Rusiya, Qazaxıstan və digər yaxın ölkələrdən buraya turistlər gəlirlər. Daha sonrakı yerləri isə Avropa ölkələri tutur"-deyə o əlavə edib.

Onun sözlərinə görə, hazırda mərkəzin 300-dən artıq qarlandırma avadanlıqları var və bütün xizək zolaqları bu avadanlıqlarla əhatə olunub.

Qeyd edək ki, bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ" Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub.

Press-tur çərçivəsində media nümayəndələri "Şahdağ" Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turda jurnalsitlərə "Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumat verilib.

Əsas mövzular