02:57 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
38 0 0

Mədənin yerləşdiyi ərazi "Taliban" radikal hərəkatının nəzarəti altındadır və buna görə də yerli hakimiyyət orqanları itkin düşmüş insanların xilas edilməsi üçün tədbirləri həyata keçirə bilmir

BAKI, 12 dekabr — Sputnik. Əfqanıstanın Badaxşan vilayətində yerləşən qızıl mədənində torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub, 35 nəfər itkin düşüb.

Sputnik Azərbaycan "Tolo News" telekanalına istinadən xəbər verir ki, məlumatı yerli hakimiyyət orqanları yayıb.

Məlumata görə, ölkənin şimal-şərqində yerləşən mədəndə hadisə zamanı 40-a yaxın insan olub.

"Yerli əhali hazırda beş nəfərin meyitini tapıb. Qalan 35 nəfərin aqibəti hələ ki, məlum deyil", - vilayətin qubernator müavini Nek Məhəmməd Nəzəri deyib.

O qeyd edib ki, mədənin yerləşdiyi ərazi "Taliban" radikal hərəkatının nəzarəti altındadır və buna görə də yerli hakimiyyət orqanları itkin düşmüş insanların xilas edilməsi üçün tədbirləri həyata keçirə bilmir.

Əsas mövzular