SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sanksiyalar olsa, Türkiyə İncirlikdəki Amerika bazasını bağlayacaq

© AFP 2023 / STRİncirlik hərbi bazası
İncirlik hərbi bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: Əgər ABŞ Türkiyəyə qarşı sanksiya qəbul etsə, İncirlik və Kürəcik bazaları ilə bağlı məsələ gündəmə gətirilə bilər.

BAKI, 11 dekabr — Sputnik. Əgər Vaşinqton Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemlərini aldığına görə Ankara əleyhinə sanksiyalar tətbiq etsə, Türkiyə cavab tədbirləri görəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "A Haber" telekanalına müsahibəsində deyib.

Российская зенитная ракетная система С-400 - Sputnik Azərbaycan
"S-400"ləri anbarda toz basması üçün almamışıq – Çavuşoğlu

"Biz ən pis ssenarini qiymətləndirib sonra qərar qəbul edirik. Əgər ABŞ Türkiyəyə qarşı sanksiya qəbul etsə, İncirlik (Türkiyənin cənubunda Amerika bazası-red.) və Kürəcik (Türkiyənin cənub-şərqi) bazaları ilə bağlı məsələ gündəmə gətirilə bilər. Mən ehtimallar əsasında danışmaq istəmirəm. Konqresin deyil, ABŞ rəhbərliyinin verəcəyi qərar da önəmlidir", - deyə XİN başçısı bildirib.

Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə Rusiya qırıcılarına Amerikanın "F-35" təyyarələrinə alternativ kimi baxır, əlbəttə, əgər ABŞ Ankaraya bunları verməkdən imtina edərsə.

"F-35 və "S-400" arasında hüquqi və siyasi bağ yoxdur. ABŞ bizim bütün təkliflərimizə "yox" cavabı verir. Başa düşmək lazımdır ki, zorla bir yerə varmaq olmaz. Əgər ABŞ xoş məramlı davransa, biz də ona eyni cür cavab verəcəyik. "S-400" hücum sistemi deyil ki, müdafiə sistemidir. Əgər biz "F-35" ala bilməsək, alternativ axtaracağıq. Bu, Rusiya bazarı da ola bilər, başqa bazar da", - deyə nazir əlavə edib.

Флаги Турции перед штаб-квартирой НАТО в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

Moskva və Ankara arasında 2,5 milyard dollarlıq dörd diviziya "S-400" sistemlərinin Türkiyəyə verilməsi barədə saziş imzalanıb. Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan bu zenit-raket kompleksi iyulun ortalarında Türkiyəyə göndərilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Rusiya istehsalı olan komplekslər silahlanmaya 2020-ci ilin aprelində veriləcək.

Vaşinqton isə Türkiyədən sözügedən müqavilədən çıxmağı və bunun müqabilində Amerikanın "Patriot" komplekslərini almağı tələb edir. Əks təqdirdə Türkiyəyə yenilənmiş "F-35" qırıcılarını satmayacağı və sanksiyalar tətbiq edəcəyi ilə hədələyir. Ankara isə hər hansı güzəştə getməkdən imtina edir.

Daha əvvəl Çavuşoğlu bəyan etmişdi ki, Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması siyasi məsələ deyil. Çünki Türkiyə daha əvvəl hava hücumundan müdafiə sistemləri əldə etmək üçün ABŞ və Fransaya müraciət edib, onlar isə razılıq verməyiblər.

Xəbər lenti
0