Dünya şöhrətli ulduz hamını mat qoydu - hind mahnısına oynadı

© AP Photo / Jordan StraussБританская актриса Кэтрин Зета-Джонс
Британская актриса Кэтрин Зета-Джонс - Sputnik Azərbaycan
Abunə olmaq
Aktrisanın rəqsinə hindistanlı aktyor Anil Kapur da qoşulub. Rəqsdən sonra Kapur bildirib ki, filmdə rol alan Şahrux Xan və filmin rejissoru Farah Xan bu rəqsə sevinəcəklər.

BAKI, 10 dekabr — Sputnik. Dünya şöhrətli aktrisa Ketrin Zeta Cons hamını təəccübləndirməyi bacarıb. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa "Hindustan Times" 17-ci sammitində iştirak edib.

Həyat yoldaşı Maykl Duqlasla tədbirə qatılan Ketrin mətbuat nümayəndələri qarşısında 2007-ci ildə istehsal olunmuş "Om ŞantiOm" hind filminin mahnısına rəqs edib. Aktrisanın rəqsinə hindistanlı aktyor Anil Kapur da qoşulub. Rəqsdən sonra Kapur bildirib ki, filmdə rol alan Şahrux Xan və filmin rejissoru Farah Xan bu rəqsə sevinəcəklər. Ketrin Zeta Cons etiraf edib ki, bu mahnının sözlərini əzbər bilir. Həmçinin övladları da bu mahnı ilə tərbiyələnib.

Maykl Duqlas aktrisanın sözlərinə əlavə olaraq deyib ki, hər Yeni İl ərəfəsində onlar bu mahnını ifa edirlər.

Xəbər lenti
0