13:12 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Mais Ağayev bildirib ki, ötən il Prezident İlham Əliyev 300 yeni avtobusun alınması barədə sərəncam imzalayıb, artıq 12 metrlik 280 avtobus alınaraq Bakıya gətirilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Bakıya 18 metrlik 20 avtobus gətiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, ötən il Prezident İlham Əliyev 300 yeni avtobusun alınması barədə sərəncam imzalayıb: "Artıq 12 metrlik 280 avtobus alınaraq Bakıya gətirilib. Son 18 metrlik 20 ədəd avtobus yaxın vaxtlarda Bakıya gətiriləcək".

M.Ağayev bildirib ki, son 3 ildə sərnişindaşımada göstərilən xidmətin həm keyfiyyət, həm təhlükəsizlik baxımından səviyyəsinin artırılması istiqamətində ciddi iş aparılır: "Sərnişinlərin rahatlığının təmin edilməsi, onlara yüksək səviyyədə xidmətin göstərilməsi ilə bağlı dövlət başçısı tərəfindən qarşımızda konkret tələblər qoyulub. Sərnişindaşıma dövlət başçısının daim diqqət mərkəzindədir. Hazırda da Bakıda sərnişindaşımada istifadə edilən avtobusların yenilənməsi prosesi davam edir".

Əsas mövzular