16:56 28 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1281 0 0

Yaxınlıqda yaşayan sakinlər iddia edir ki, tikintiyə 15 ildir ki, başlanılıb. Ancaq ortada heç nə yoxdur

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. Bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda yanlış olaraq, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı bildirilir.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir və Səhmdar Cəmiyyətin sədr müavini Hidayət Məmmədov heç bir kütləvi informasiya vasitəsinə bununla bağlı açıqlama verməyib, eyni zamanda, məsələ ilə bağlı müəssisənin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət olunmayıb.

Lakin iş ondadır ki, "Həzi Aslanov" stansiyası ilə bağlı problem təkcə bu deyil. Belə ki, bir müddət əvvəl metorunun Həzi Aslanov stansiyası yaxınlığında Həzi Aslanov-2 stansiyasının şaxtasının tikintisinə başlanılıb. Ərazi dəmir lövhələrlə əhatəyə alınıb. Aradan illər keçsə də, stansiyanın tikinti işləri yekunlaşdırıla bilməyib.

Hətta yaxınlıqda yaşayan sakinlər iddia edir ki, tikintiyə 15 ildir ki, başlanılıb. Ancaq ortada heç nə yoxdur. Nəqliyyatın üzünə bağlanmış bu ərazi ətrafda piyadaar da daxil hər kəs üçün ciddi problemlər yaşadır. Yeni çoxmərtəbəli binaların qarşısındakı eybəcər görüntü isə başqa bir söhbətin mövzusudur. 

© Sputnik / Irade JELIL
Həzi Aslanov-2 stansiyasının tikintisi

Böyük dəmir lövhələrlə əhatələnmiş ərazi və ortada omayan bir iş...

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbər Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildiib ki, "Həzi Aslanov-2" konseptual inkişaf sxeminin prioritet vəzifləri sırasındadır. Bu məsəslələr arasında "Həzi Aslanov-2" stansiyası tək deyil, bu bir kompleks şəklindədir.

© Sputnik / Irade JELIL
Həzi Aslanov-2 stansiyasının tikintisi

"Bizim ən ağır məsələmiz xətlərin ayrılmasıdır. "Həzi Aslanov-2" stansiyasının tikilməsi xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. Bununla bağlı artıq bir neçə ildir ki, tikinti işləri aparılır. Bu təkcə bizim konseptual inkişaf sxemində deyil, eyni zamanda Bakının Baş Planında da yer alıb. 2027-ci ilə qədər olan işlər çərçivəsində bizim xətlərinn ayrılması məsələsi də yer alıb. Bunun üçün müəyyən şərtlər var. Bura xəttlərin ayrılması üçün lazım olan stansiyaların inşaası da daxildir" - Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Şah İsmayıl Xətai"dən sonra 4 stansiya o, cümlədən şərti olaraq, "Həzi Aslanov-2" adlandırılan stansiya, eyni zamanda "Dərnəgül" stansiyasından sonra 3 stansiyanın tikilməsi nəzərdə tutulub.

Bu stansiyalar tikildikdən sonra xəttlərin ayrılması və qatarların, bir yoldan digər yola dönməsi də təmin edilməlidir. Stansiyalar inşa edildikdən sonra yol davamiyyəti təmin ediləcək.

Qeyd edək ki, Bakının Baş Planına görə, 2027-ci ilə qədər 11 stansiyanın tikilməsi nəzərədə tutuluib.

B. Məmmədov bildirib ki, stansiyaların inşası tunellərin inşasından daha mürəkkəb prosesdir: "Həzi Aslanov-2" stansiyasını mürəkkəbləşdirən daha bir proses isə onun keçid funksiyası daşımasıdır. Bu keçid stansiya xəttləri bir-birindən ayrırısa, kəsişməyəcəksə, həmin stansiya "Həzi Aslanov"dan keçməlidir, yəni, altından keçməlidir. Bu mürəkkəbliklər nəzərə alınaraq, stansiyanın ümumi kompleksdən tikintisinə tez başlanılması vacib şərtlərdən biridir. Hazırda bu istiqamətdə işlər aparılır".

O, qeyd edib ki, xəttlərin ayrılmasına gəldikdə isə, 2 dəqiqəlik intervalın mövcud xəttlər üzərində təmin edilməsi üçün çox vacib şərtdir: "Təsəvvür edin ki, "Koroğlu" istiqəmətində gələn sərnişinlər bərabər olaraq iki istiqamətdə paylanacaqlar. Xətlər bir-birindən ayrılandan sonra indiyə qədər "Elmlər Akademiyası"nda görmədiyiniz 2 dəqqiqəlik intervalı görəcəksiniz. Bu isə sərnişinlıərin daşınmasının mobilliyini təmin edəcək. Eyni zamanda daha çox sərnişinin metropolitendən istifadə etməsinə şərat yaradacaq. Bütün bunlar Bakının Baş Planında yer alıb".

© Sputnik / Irade JELIL
Həzi Aslanov-2 stansiyasının tikintisi

Qeyd edək ki, "Həzi Aslanov-2" stansiyanın tikintisinə rəsmən 2012-ci ildən başlanılıb.

"Bilirisiniz ki, inşaat işlərindən əvvəl layihələndirmə, yerin ayrılması və işlər həyata keçirilir. Bu gün müxtəlif ərazilərdə yerin ayrıldığını görmək olar. Amma bu o demək deyil ki, orada bu gün mütləq tikinti işi başlayacaq. Ümumiyyətlə, hansı ərazidə metro tikiləcəksə, öncədən orada tikintiyə mane olacaq, tikintilər aradan qaldırımalıdır. Bu Bakının inkişafı ilə bağlı olan məsələdir" - Məmmədov vurğulayıb.

Əsas mövzular