Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Özbəkistanlı qonaqlar Lənkərana səfər etdilər

© Sputnik / Rahim MuradovÖzbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfərinə gəlib
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfərinə gəlib - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəran şəhərində bir sıra mədəni-kütləvi tədbirlərin, Heydər Əliyev Mərkəzində “Özbəkistan mədəniyyəti günü”nün açılışının keçirilməsi nəzərdə tutulub.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 7 dekabr - Sputnik. Dekabrın 6-da Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfərinə gəlib. Sputnik Azərbaycan-ın verdiyi xəbərə əsasən, Buxara vilayət Hakiminin müavini Vahid Hiyezovun, Vilayət Mədəniyyət İdarəsi rəhbərinin müavini Qalibcon Barotovun, Vilayət Dövlət Filarmoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabinetinin yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyəti Lənkəran şəhərində səfərdə olublar.

© Sputnik / Rahim MuradovLənkəran şəhəri İH başçısı Taleh Qaraşov Özbəkistandan gəlmiş nümayəndə heyəti ilə görüşdə
Özbəkistanlı qonaqlar Lənkərana səfər etdilər - Sputnik Azərbaycan
Lənkəran şəhəri İH başçısı Taleh Qaraşov Özbəkistandan gəlmiş nümayəndə heyəti ilə görüşdə

Qarşılanmadan sonra Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Özbəkistandan gələn nümayəndə heyətini qəbul edib. Qəbul zamanı Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən, Ümummilli Lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi manasibətləri sayəsində bu dostluğun daim möhkəmləndiyini və bu gün də davam etdiyini xüsusi vurğulayıb. İH başçısı nümayəndə heyətinə Lənkəranın sosial-iqtisadi və mədəni həyatı, ölkə Prezidentinin diqqət və qayğısı ilə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, uğurla yerinə yetirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib. Səmimi qəbula görə minnətdarlıq edən qonaqlar bu cür qarşılıqlı səfərlərin, mədəni mübadilələrin hər iki qardaş xalqı daha da yaxınlaşdıracağına və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açacağına əmin olduqlarını bildiriblər.

© Sputnik / Rahim MuradovÖzbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfərinə gəlib
Özbəkistanlı qonaqlar Lənkərana səfər etdilər - Sputnik Azərbaycan
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfərinə gəlib

Səfər zamanı Lənkəran şəhərində bir sıra mədəni-kütləvi tədbirlərin, Heydər Əliyev Mərkəzində “Özbəkistan mədəniyyəti günü”nün açılışının, Buxara Vilayəti Dövlət Filarmoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimatın, Lənkəran şəhər Mədəniyyət Mərkəzində özbək suvenirlərinin və əl işlərinin sərgisinin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda qonaqlar Lənkəran şəhərinin görməli yerlərinə baxacaq, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Lənkəran Dövlət Universiteti, tarix-diyarşünaslıq müzeyi, Xalça fabriki, Olimpiya İdman Kompleksi və bir sıra yerləri ilə tanış olacaqlar, bundan əlavə bir qrup rayon ziyalısı ilə süfrə arxasında görüşüb söhbət edəcəklər.

Xəbər lenti
0