CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda məktəbli qız və universitet tələbəsi faciəvi şəkildə öldülər

© AFP 2023 / HERIKA MARTINEZСотрудники больницы перевозят тело человека, фото из архива
Сотрудники больницы перевозят тело человека, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçu rayon 67 saylı orta məktəbin 7G sinif şagirdi İsmayılzadə Fidan Sənan qızı dəm qazı nəticəsində dünyasını dəyişib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Bakıda dəm qazı can alıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Valideyn-Müəllim Assosiasiyası"nın (VMA) rəhbəri Şahin Rəcəboğlu məlumat verib.

O bildirib ki, Sabunçu rayon 67 saylı orta məktəbin 7G sinif şagirdi İsmayılzadə Fidan Sənan qızı dəm qazı nəticəsində dünyasını dəyişib.

Faktı Sputnik Azərbaycan-a 67 saylı məktəbdən də təsdiqləyiblər. Bildiriblər ki, hadisə noyabrın 23-də baş verib. F.İsmayılzadə yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib: "Hazırda məktəbin direktoru İradə Bayramova, məktəbin VMA rəhbəri Naibə Əhmədova və Fidanın sinif rəhbəri hüzr yerindədirlər. Hadisə bizi də kədərləndirdi".

İ.Bayramova Sputnik Azərbaycan-a bildirib ki, hazırda yas mərasimində iştirak edir. O, məktəblinin hamamda dəm qazından zəhərlənərək həyatını itirdiyini söyləyib.

Qeyd edək ki, dəm qazı İqtisad Universitetinin IV kurs tələbəsi Ramil Məhyəddinovun da həyatına son qoyub.

Xəbər lenti
0