CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA reyd keçirdi, bazarda 5,5 manata satılan ət aşkarlandı - FOTO

© AFP 2023 / NOEMI CASSANELLIГоловы коров, фото из архива
Головы коров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.

BAKI, 20 noyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.

Sputnik Azərbaycan Agentliyin məlumatına istinadla xəbər verir ki, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.

© The Food Safety Agency of the Republic of Azerbaijan
AQTA əməkdaşları 8-ci km bazarında reyd keçirib - Sputnik Azərbaycan
1/3
© The Food Safety Agency of the Republic of Azerbaijan
AQTA əməkdaşları 8-ci km bazarında reyd keçirib - Sputnik Azərbaycan
2/3
© The Food Safety Agency of the Republic of Azerbaijan
AQTA əməkdaşları 8-ci km bazarında reyd keçirib - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Məlum olub ki, ümumi çəkisi 226 kiloqram mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir. Araşdırma zamanı bəlli olub ki, orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən "Bolluq" marketə gətirilərək satılır.

İstehlaka yararsız 108 min yumurta məhv edilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstehlaka yararsız yüz mindən artıq yumurta məhv edildi

Eyni zamanda həmin ünvanda fəaliyyət göstərən "Vüsal" marketə məxsus "Samrac 1001 xırdavat" adı altında pərdələnmiş anbarda Beyləqan rayon sakini Cəfərov Rəvan Faiq oğluna məxsus mənşəyi məlum olmayan, sümükdən ayrılaraq tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalara qablaşdırılmış orqanoleptik göstəricilərinə görə istehlaka yararsız olan, satış məqsədli, ümumi çəkisi 153 kiloqram ət aşkarlanıb. Həmin ətlərin qiymə halına salınaraq, 5 manat 50 qəpiyə satıldığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Ət məhsulları isə dövriyyədən çıxarılıb. Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0