03:39 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Gecə klubu, arxiv şəkli

On doqquz yaşlı qız klubun rəqs meydançasında uşaq dünyaya gətirib

© CC0 / Free-Photos / Club
XƏBƏRLƏR
Qısa URL
35 0 0

Rəfiqəsi on doqquz yaşlı hamilə qadını gecə klubuna onun əhval-ruhiyyəsini qaldırmaq üçün gətirsə də, bu ziyarət doğuşla nəticələnib.

BAKI, 14 noyabr — Sputnik. Fransanın Tuluza şəhərinin sakini O"Club gecə klubunun rəqs meydançasında uşaq dünyaya gətirib. Bu barədə Rusiya mediası xəbər yayıb.

Hadisə noyabrın 11-də Fransa vaxtı ilə saat 5:30-da baş verib.

"Klub artıq bağlanmaq üzrə idi, içəridə çox az adam qalmışdı. Əməkdaşlarımızdan biri yanıma gəlib dedi ki, təcili yardıma ehtiyac var. Rəqs meydançasına gedəndə gördüm ki, müştərilərimizdən biri doğmaq üzrədir", - deyə gecə klubunun meneceri bildirib.

Klubun işçisi təcili yardım çağırıb və növbətçi operator təcili yardım briqadası gələnə qədər doğuşu necə qəbul etməyi klubun işçilərinə telefonla izah edib.

"Bu, klubumuzda baş verən ən qəribə hadisə idi. Bütün komandamız müştərinin doğuş prosesinə səfərbər olmuşdu. Axırda hamımız sevincdən ağladıq. Xoşbəxtlikdən nə biz, nə də gənc qadın təlaşlanmadı, amma hamımız qorxurduq. Bizdə doğuşu salamat başa çatdırmaq alındı", - deyə menecer əlavə edib. Onun sözlərinə görə, 19 yaşlı hamilə qadını kluba onun əhval-ruhiyyəsini qaldırmaq istəyən rəfiqəsi gətirib. Hamilə qadın klubda içki içməyib.

O"Club-un nümayəndəsi bildirib ki, yeni doğulmuş körpə böyüyəndə onların müəssisəsini üz nəzarətindən (face-control) keçməklə sərbəst şəkildə ziyarət edə bilər.

Əsas mövzular