18:07 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Kişi, arxiv şəkli

Böyrək köçürülən xəstənin intiharı ilə bağlı açıqlama

© REUTERS / Christian Hartmann
XƏBƏRLƏR
Qısa URL
12 0 0

İntihar faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda CM-nin 125-ci maddəsi ile cinayət işi başlanıb, ekspertizalar təyin olunub.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb. Böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb. O, aldığı xəsarətlərdən ölüb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin PR və Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib: "Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib. Xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüş olmuşdur. Yaxın günlərdə evə yazılması planlaşdırılırdı. Dünya statistikasına görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistik araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də suisidial cəhdlər qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən suisidial hallar isə 6,1% təşkil edir".

Baş Prokurorluqdan Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, intihar faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin olunub: "Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə baxış keçirilib".

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əsas mövzular