Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Maaş kartlarını oğurladı, pulu yeməyə qoymadılar

© Sputnik / Anar MustafayevКредитные карты на компьютерной клавиатуре, фото из архива
Кредитные карты на компьютерной клавиатуре, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kişinin həmkəndlisindən oğurladığı plastik kartlar və pullar ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib

BAKI, 7 noyabr — Sputnik. Saatlıda avtomobildən plastik kartlar oğurlayan şəxs saxlanılıb.

Махир Эмрели празднует свой первый гол - Sputnik Azərbaycan
HADİSƏ
Yığmamızın hücumçusunun evi yağmalandı – Böyük oğurluq

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, noyabrın 6-da Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Sarıcalar kənd sakini İ.Alışov avtomobilindən balansında 600 manata yaxın pul olan ona və anasına məxsus 2 ədəd plastik kartın oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının "isti izlər"lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kartları oğurlayıb, balansında olan pulu çıxaran şəxsin zərərçəkmişin həmkəndlisi 32 yaşlı M.Rəhimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı həmin plastik kartlar və pullar ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti
0