CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükəli tendensiya yaranıb: Hədəf birbaşa gələcək nəsillərdir

© AP Photo / Hoda BogdanУченый работает с микроскопом. Архивное фото
Ученый работает с микроскопом. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan həkimləri dünyada olmayan tam gərəksiz işlə məşğuldurlar, “ana südündə mikrob var” anlayışı ilə alver edirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması cəmi 12-14 faiz təşkil edir". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Бутылка с молочной смесью - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nazirlik həyəcan təbili çaldı – Anaları süni qidalara yönəldirlər

Onun sözlərinə görə, bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir: "Körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır".

Məsələ ilə bağlı pediatr Günay Rəsulova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda ana südü ilə qidalanmanın statistik rəqəmlərinin bu qədər aşağı olması təəssüfləndirici haldır. Həkim hesab edir ki, bu daha çox psixoloji faktorla əlaqəlidir: "Analar artıq hamiləlik dövründən düşünməyə başlayır ki, uşaq doğulandan sonra onun südü olmayacaq. Və qadın elə hamiləlik dövründən doğulacaq uşağını qidalandırmaq üçün süni uşaq qidası düşünməyə başlayır. Bu barədə bizə çox müraciətlər daxil olur. Burada kənar faktorlar da çox önəmlidir. Qadınlar çox zaman kənar şəxslərin də məsləhətlərinə qulaq asırlar".

Pediatrın fikrincə, uşaq dünyaya gəldikdən sonra yaşadığı ilk kiçik problemi ana südü ilə əlaqələndirirlər. Belə ki, anaya ya südündə mikrob var deyilir, ya südünün yağlı-yağsız olduğu sorulur, ya da südün uşağa düşmədiyi qeyd edilir. Bu kimi əsassız səbəblərdən uşağın ana südü ilə qidalandırılması dayandırılır: "Burada həkimlərdə də müəyyən qədər günah var. Bəzi həkimlər deyir ki, ana südündə mikrob var. Ananın südünü əkilməyə göndərirlər. Hansı ki, bu, dünyada olmayan və tam gərəksiz bir analizdir. “Ana südündə mikrob var” anlayışı dünyada yoxdur. Ana südü uşaq üçün ən steril qidadır. Ancaq təəssüf olsun ki, bu kimi əsassız iddialarla ana südü günahlandırılır və uşaqlara ana südü verilməsi dayandırılır. Bununla yanaşı anaya təyin edilən bəzi dərmanlar var ki, ana həmin dərmanları qəbul edən zaman süd verməsini dayandırır. Bu müddətdə süni qidaya öyrənən uşaq isə sonradan ana südü yeməkdən imtina edir".

O qeyd edib ki, süni qidaların əlçatan olması da anaları uşağa süd vermək həvəsindən salır.

"Ana düşünür ki, süd olmasa süni qida verəcək. Verir və uşaq doyur. Sonra döş əmmə qabiliyyətini unudur", - deyə həkim vurğulayıb.

Həkimin sözlərinə görə, ana südü uşağın gələcək həyatı üçün çox önəmlidir. Ana südünün tərkibində olan kalsium-fosfor, vitamin tərkibi, dəmir tərkibi, şəkər yükünün çox olmaması, mikrob anlayışı baxımından steril olması uşaq üçün çox faydalıdır: 

Yeni doğulmuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Körpələr üçün süni ana bətni hazırlandı - Onlar ikinci dəfə doğulacaqlar
"Ana südü ilə qidalanan uşaqlar diabet, qan-damar xəstəlikləri və piylənməyə meylli olmurlar. Süni qidalarla qidalanan uşaqlarda isə piylənmə, qan-damar xəstəlikləri, diabet daha çox özünü göstərir".

G.Rəsulova bildirib ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda bu rəqəmin aşağı olmasının digər bir səbəbi isə xarici ölkələrdə hamiləlik dövründə anaların xüsusi hazırlıq keçmələridir: "Xarici ölkələrdə qadınlar hamiləlik dövründə xüsusi təlimlər keçir və südün yaranması üçün nə etməli olduqlarını öyrənirlər. Bu təlimlərdə qadınlara doğuşdan sonra südün normal gəlməsi üçün nəyə diqqət etmələri öyrədilir. Azərbaycanda isə qadınlar belə təlimlərə çox maraqlı deyil. Bu da ana südü ilə qidalanmada özünü göstərir".

Xəbər lenti
0