Bu gecə təhlükə qaçılmazdır: Göydən başımıza cisim düşə bilər

© Photo : NASA/JPL-CaltechПояс астероидов в окрестностях Веги
Пояс астероидов в окрестностях Веги - Sputnik Azərbaycan
Abunə olmaq
Beş asteroiddən Yer üzünə ən yaxın məsafədən keçəcək 2019 UDP7 asteroidi planetimizdən 5,8 milyon kilometr uzaqlıqda olacaq.

BAKI, 2 noyabr — Sputnik. Bu gecə Yer üzərindən 5 asteroid keçəcək. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, ilk asteroid Bakı vaxtı ilə saat 22.48-də sonuncusu isə 01.45 –də keçəcək.

Bu asteroidlərin ən böyüyü Böyük Giza Piramidası boydadır. NASA-nın təxminlərinə görə, 5 asteroid arasında ən böyüyü olan 2019 UD13 adlı asteroidin diametri 54 metr ilə 120 metr arasındadır.

Beş asteroiddən Yer üzünə ən yaxın məsafədən keçəcək 2019 UDP7 asteroidi planetimizdən 5,8 milyon kilometr uzaqlıqda olacaq. Bu məsafə bizə çox görünsə də, NASA –nın məlumatına görə, bu, çox yaxın məsafədir. NASA dünyaya yaxın obyektlər kataloqunun hələ bitmədiyini vurğulayaraq, hər an öncədən proqnozlaşdırılmamış bir toqquşmanın ola biləcəyini qeyd edib.

Xəbər lenti
0