09:32 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Mağazin

"Qanadlanıb" planeti birdəfəlik tərk etməmək üçün tövsiyələr

© Sputnik / Vladimir Pesnya
XƏBƏRLƏR
Qısa URL
4110

2020-ci ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qaydalara uyğun olaraq tənzimlənəcək

BAKI, 30 oktyabr — Sputnik. Yanvarın 1-dən ölkəmizdə "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları" qüvvəyə minir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.

Tələblərə əsasən, kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin - 400 mq, inozitolun - 20 mq, qlükoronolaktonun - 250 mq, kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.

Nəhayət: Məktəb yaxınlığında enerji içkiləri satılması qadağan olundu>>

Enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi", "tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazıları qeyd edilməlidir.

2020-ci ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qaydalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaq.

Qeyd edək ki, yeni qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil olunmur.

Əlaqədar

"Bəzi müəssisələrdə enerji içkilərinin satışı və istifadəsi qadağan edilməlidir"
Enerji içkiləri gəncin səhhətində problem yaradıb
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqləndi
Bəzi içkilərin idxalına icazə verilməyəcək - Rəsmi açıqlama
Ziyanı xeyrini yüz dəfə üstələyir, amma reklamı da "xod" gedir

Əsas mövzular