12:07 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Baş nazir esab edir ki, bu sahə ilə məşğul olan mütəxəssislər sistematik olaraq maarifləndirilməlidir.

BAKI, 26 oktyabr - Sputnik. Bu il Ukraynada məktəb və uşaq bağçalarında 626 uşaq qidadan zəhərlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Ukraynanın Baş naziri Aleksey Qonçaruk məlumat verib.

“Bizim məktəb və uşaq bağçalarında hər gün 5 milyon uşaq qidalanır. Bu il qidalanma məsələsində uşaq bağçası və məktəblərin 38 faizində pozuntu qeydə alınıb. Hər gün qidalanan uşaqların yarısına yaxını təhlükə ilə üzləşir”, - deyə Baş nazir əlavə edib.

Qonçaruk hesab edir ki, bu sahə ilə məşğul olan mütəxəssislər sistematik olaraq maarifləndirilməlidir.

"Üstəlik, müvafiq qaydalara dəyişiklik etmək, pəhriz tövsiyə olunan uşaqların siyahısını müəyyənləşdirmək lazımdır. Məktəb yeməkxanaları üçün resept kitabçaları və menyular kolleksiyalarının siyahısını yeniləmək və məktəblər, uşaq bağçaları üçün dövlət sanitariya qaydaları və standartlarını modernləşdirmək lazımdır. Noyabrın 15-dək bununla bağlı tapşırıqlar yerinə yetirilməlidir”, - deyə A.Qonçaruk vurğulayıb.

Əsas mövzular