Malayziya Baş naziri Bakıda şikayətləndi – Daha əvvəlki kimi deyilik

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidMalayziyanın Baş naziri Mahathir Bin Mohamad
Malayziyanın Baş naziri Mahathir Bin Mohamad - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Mahathir Bin Mohamad qeyd edib ki, birtərəfli hərbi işğal riski hələ də təhlükə olaraq qalmaqdadır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr - Sputnik. Kütləvi qırğın silahlarının olduğu bəhanə gətirilərək İraqa hərbi müdaxilə edildi. Bu dövlət koalisiya tərəfindən işğal olunub, dağıdıldı. Lakin kütləvi qırğın silahı aşkar edilmədikdən sonra İraqın bərpası əvəzinə bu ölkə bölünüb qarət olundu.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatının dövlət və hökumıət başçılarının 18-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, dünya qorxu içində yaşayır və istənilən ölkə təcavüzə məruz qala bilər. Baş nazir qeyd edib ki, birtərəfli hərbi işğal riski hələ də təhlükə olaraq qalmaqdadır: “Demokratiya adlandırılan anlayış ölkələri tamamilə dağıda bilər. Terrorçuluq inkişaf edir, genişlənir. Dünyanın istənilən ölkəsi hücum obyekti ola bilər. Bu terror aktları müxtəlif qruplaşmalar tərəfindən törədilir. Lakin müəyyən ölkələr də bu terrorlara görə məsuliyyət daşıyır”.

Malayziya Baş naziri xatırladıb ki, Fələstin hələ də işğal altındadır: “İsrail elan edib ki, o, İordan çayının qərb sahilini də anneksiya etmək niyyətindədir. Bir çox Qərb ölkələri İsrailin öz paytaxtını Qüdsə köçürmək qərarını dəstəkləyiblər. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Malayziya da öz növbəsində Fələstində səfirliyini açmaq niyyətindədir. Lakin biz bilirik ki, İsrail buna mane olmağa çalışacaq. Buna görə də, biz səfirliyi İordaniyada açacağıq. Qoşulmama Hərəkatı əvvəlki kimi deyil. Biz əvvəllər vahid idik, bir mövqedən çıxış edirdik. Bu gün isə biz bölünmüşük. Bunun səbəbi iqtisadi maraqlar ola bilər. Ya da ölkələr sanksiyalardan çəkinirlər”.

Qeyd edək ki, Qoşulmama Hərəkatında sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin, yekdilliklə Qoşulmama Hərəkatının hökumət və dövlət başçılarının 18-ci Zirvə Görüşünün sədri seçilib. Xatırladaq ki, Qoşulmama Hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Xəbər lenti
0