İlham Əliyev Xalq artistinə “Şöhrət” ordeni verdi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lyudmila Semyonovna Duxovnaya “Şöhrət” ordeni ilə təltif edilib

BAKI, 23 oktyabr — Sputnik. Prezident İlham Əliyev Lyudmila Duxovnayanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lyudmila Semyonovna Duxovnaya “Şöhrət” ordeni ilə təltif edilib.

© Facebook / Людмила Духовная Azərbaycan Respublikasının Xalq artisti Lyudmila Semyonovna Duxovnaya
İlham Əliyev Xalq artistinə “Şöhrət” ordeni verdi - Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Xalq artisti Lyudmila Semyonovna Duxovnaya

Lyudmila Semyonovna Duxovnaya teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artistidir.

Qeyd edək ki, bu gün Lyudmila Duxovnayanın 75 yaşı tamam olub. O, 23 oktyabr 1944-cü ildə Bakıda anadan olub. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirmişdir. Həmin ildən bu teatrda çıxış edir.

1976-ci ildə Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülüb.

Xəbər lenti
0