CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çinlilər bizə qonaq gəlir: Say artıb, yenə də artacaq

© AFP 2023 / LOIC VENANCEÇinli turistlər, arxiv şəkli
Çinli turistlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir

BAKI, 17 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 64 faiz artıb. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin müddətdə Azərbaycana 20 min çinli turist səfər edib.

Мужчина с багажом в аэропорту , фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ümrə ziyarət də turizm kimi qəbul ediləcək...

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşündə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nümayəndələri ilə bir araya gətirmək və qarşılıqlı əməkdaşlığa şərait yaratmaq məqsədilə keçirilib. B2B (Biznesdən-biznesə) xarakterli tanışlıq görüşündə Çini təmsil edən 6 aparıcı turizm şirkətinin nümayəndələri və Azərbaycanın 60-dan çox turoperatoru iştirak edib.

Oktyabrın 20-dək Azərbaycanda olacaq çinli turoperatorların ölkənin turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə paytaxtdakı turizm obyektlərinə və regionlara tanışlıq səfərləri təşkil ediləcək.

2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Xəbər lenti
0