06:49 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
30 0 0

“Bizim Pompey və Roma imperiyasında qladiatorların görünüşü ilə bağlı təsəvvürlərimiz tam fərqli idi”

BAKI, 14 oktyabr — Sputnik. Pompeydə qeyri-adi rəsm tapılıb. Sputnik Azərbaycan xəbər verir ki, rəsmdə qladiatorların döyüşü əks olunub.

Arxeoloji parkın direktoru Massimo Osanna qədim binanın zirzəmisində tapılan freskanı unikal sənət əsəri kimi dəyərləndirib. Bu hadisədən sonra Osanna bildirib: "Bizim Pompey və Roma imperiyasında qladiatorların görünüşü ilə bağlı təsəvvürlərimiz tam fərqli idi".

Rəsmdən göründüyü kimi, yaralı qladiator rəqibindən onu həyatda saxlamağı istəyir.

Qeyd edək ki, İtaliyanın Mədəniyyət naziri Dario Françeskini bu mühüm hadisəyə münasibət bildirərək, bu freskanın tapılması Pompeyin arxeoloqlar üçün hələ də tükənməz mənbə olmasını sübut etdiyini deyib.

Əsas mövzular