CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər ötən gün artır – Rekord sayda qonaq gəlib

© Sputnik / Murad OrujovМолодая пара любуется видом на вечерний Баку
Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən illə müqayisədə 231.8% artım deməkdir

BAKI, 11 oktyabr — Sputnik. 2019-cu ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib ki, bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20.8% çox xarici vətəndaş deməkdir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən bildirilib.

Путешественники - Sputnik Azərbaycan
Oteldən çamadanla yemək çıxaran turist əməlinə peşman oldu

Ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88% qeydə alınıb. Gələn əcnəbilərin 6.7 min və ya 13%-dən çoxu Gürcüstanın, 5.3 min və ya 8%-dən çoxu Rusiyanın payına düşür. Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən illə müqayisədə 231.8% artım deməkdir. Cənubi Asiya ölkələri arasında Hindistandan (83.7% və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96.1% və ya 3.8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.

2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% artaraq 2.4 milyona çatıb. Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1.26 milyon və ya 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil ediblər. Sonuncu üzrə artım 94.5 min və ya 21.7% olub.

Xəbər lenti
0