06:36 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
43 0 0

Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir

BAKI, 2 oktyabr — Sputnik. Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş Ağstafa rayonu, Həsənsu kəndində yerləşən istehsal obyektində kustar üsulla alkoqollu içkilərin hazırlanması, eyni zamanda həmin məhsulların saxta aksiz markaları ilə markalanmaqla vergidən yayınması barədə əməliyyat məlumatları əsasında fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilən hallar öz təsdiqini tapıb.

Kustar üsulla alkoqollu içkilərin hazırlanması və vergidən yayınma halları müəyyən edilib
© AR Ministry of Taxes
Kustar üsulla alkoqollu içkilərin hazırlanması və vergidən yayınma halları müəyyən edilib

Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib ki, vergi ödəyicisi 19.08.2024-cü il tarixədək fəaliyyətinin dayandırılması məqsədilə vergi orqanına müraciət etməsinə baxmayaraq, faktiki olaraq fəaliyyət göstərib. Obyektdə 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib. Həmçinin burada kustar üsulla alkoqollu içkilərin hazırlandığı və həmin məhsulların saxta aksiz markaları ilə markalandığı dəqiqləşdirilib. Təsərrüfat subyektində 4955 ədəd saxta aksiz markaları, həmçinin 1036 ədəd hazır məhsulun saxta aksiz markaları ilə markalandığı və satış məqsədilə saxlanıldığı aşkar olunub.

İstehsal müəssisəsində insan sağlamlığı üçün təhlükəli olan "Растворитель 646" adlı həlledici məhlullar da aşkar olunub ki, həmin məhlulların vergi ödəyicisi tərəfindən alkoqollu içkilərin istehsalında istifadə edildiyi faktının araşdırılması üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmaya cəlb olunub.

  • Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və saxta aksiz markası ilə markalanmış məhsulların hazırlanması və vergidən yayınma halları müəyyən edib
    Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və saxta aksiz markası ilə markalanmış məhsulların hazırlanması və vergidən yayınma halları müəyyən edib

  • Kustar üsulla alkoqollu içkilərin hazırlanması və vergidən yayınma halları müəyyən edilib
    Kustar üsulla alkoqollu içkilərin hazırlanması və vergidən yayınma halları müəyyən edilib
    © AR Ministry of Taxes
  • Kustar üsulla alkoqollu içkilərin hazırlanması və vergidən yayınma halları müəyyən edilib
    Kustar üsulla alkoqollu içkilərin hazırlanması və vergidən yayınma halları müəyyən edilib
    © AR Ministry of Taxes
1 / 5
© AR Ministry of Taxes
Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və saxta aksiz markası ilə markalanmış məhsulların hazırlanması və vergidən yayınma halları müəyyən edib

Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək. Vətəndaşlar belə malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidirlər. Siz bununla həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz.

Əlaqədar

Şəhərin mərkəzində iyrənc görüntü – Restoranın fəaliyyəti dayandırıldı
Dəli balanın gözəl anası üçün Şamaxıda xüsusi müəssisə tikirlər - milyonlar gətirəcək
Bizi zəhərləyə bilməyəcəklər – Gömrük işçiləri külli miqdarda alkoqollu içki tutdular
Energetik içkilərin reklamının qadağan olunması təklif edilib
Kədəri nəşəsindən artıq olan “nemət”: Həyatımızı fərqli yanaşma xilas edər
Teqlər:
Vergilər Nazirliyi, sex, spirtli içki, içki

Əsas mövzular