"Hakimiyyət nümayəndələri ilə sıravi şəxslərin polemikasının tərəfdarıyam" - Zahid Oruc

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan
Abunə olmaq
"Yuxarı sinif şagirdləri üçün dərsliklərin vəziyyəti ilə bağlı da araşdırma apararaq nəticələri açıqlayacağıq"

BAKI, 24 sentyabr — Sputnik. "Bundan sonra da ictimai fəaliyyətimizin şahidi olacaqsınız, aparacağımız sorğular isə bir neçə istiqaməti əhatə edəcək. Təhsil sahəsində kurikulumun birinci mərhələsinin sonu və ikimərhələli qəbul sistemi ilə bağlı hesabat sənədi hazırlayıb, onun nəticələrini də ictimailəşdirəcəyik. Eyni zamanda, yuxarı sinif şagirdləri üçün dərsliklərin vəziyyəti ilə bağlı da araşdırma apararaq nəticələri açıqlayacağıq". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə millət vəkili Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti haqda danışarkən jurnalistlərə açıqlamasında deyib.

© Sputnik / Nigar IskanderovaSosial Tədqiqatlar Mərkəzi (STM) “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans
Hakimiyyət nümayəndələri ilə sıravi şəxslərin polemikasının tərəfdarıyam - Zahid Oruc - Sputnik Azərbaycan
Sosial Tədqiqatlar Mərkəzi (STM) “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans

O bildirib ki, Suriya konfliktindən sonra regionlarda dinə münasibətin necə dəyişildiyi də öyrəniləcək: "Bu, çox həssas mövzudur. Düşünürəm ki, bu mövzu bizim cəmiyyətimiz üçün də çox xarakterikdir. Din və dövlət münasibətləri necə dəyişib, bunu da öyrənməyə çalışacağıq".

"Həmçinin məmur-vətəndaş münasibətlərini də öyrənərək onlarla mütəmadi görüşməyə çalışacağıq. Hakimiyyət nümayəndələri ilə sıravi şəxslərin polemikasının olmasının tərəfdarıyam. Düşünürəm ki, ünsiyyətin ən yaxşı platforması elə budur. Belə olan halda, biz məmurların və hakimiyyət orqanlarının nümayəndələrinin xalqa xidmətini də dəyərləndirmiş olacağıq".

Xəbər lenti
0