21:10 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Dənizdə dalğalar, arxiv şəkli

ETSN: Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatıb

CC0 / enriquelopezgarre / Sea
XƏBƏRLƏR
Qısa URL
240 0 0

Quba, Qusar, Yardımlıda yağış yağıb. Güclü külək bəzi şəhər ətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb. Həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb

BAKI, 21 sentyabr - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 18:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. 

ETSN-in Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şimal- qərb küləyi arabir Bakıda, Maştağada 38 m/s, Nefçalada 36 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 27 m/s, Salyanda, Bayıl yamacında, Balakəndə 25 m/s, Neft Daşlarında 24 m/s, Ağstafada, Çilovda, Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatıb.

Quba, Qusar, Yardımlıda yağış yağıb. Güclü külək bəzi şəhər ətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb. Həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmaq tövsiyyə edilir.

Əsas mövzular