Erkən hamiləliklə bağlı xəbərdarlıq - ölüm qaçılmazdır

© Sputnik / © Sputnik / Tabyildyi KadyirbekovЖенщина с новорожденным в родильном доме, фото из архива
Женщина с новорожденным в родильном доме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Erkən yaşda abortlar qanaxmalara, uşaqlığın qaşınması nəticəsində növbəti hamiləliyin baş tutmasında problemlərə yol açır. Ona görə də biz erkən nikahların qarşısının alınması, bu yaşda hamiləliyin zərəri barədə maarifləndirmə işləri aparırıq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. "15-17 yaşında uşaq dünyaya gətirən qadınların həyatı ciddi təhlükə altındadır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.

Hamilə qadın, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hamilələrdə qanazlığı problemini həll etmək üçün ən ucuz üsul təklif edildi

O bildirib ki, bu yaşda olan qızların orqanizmi tam yetişmədiyindən erkən hamiləlik onların hələ inkişafda olan orqanizmində müxtəlif fəsadlar yaradır. S.Məmmədova erkən yaşda hamiləliklərin qadınları ölüm riski ilə üz-üzə qoyduğunu da söyləyib. Onun sözlərinə görə, erkən yaşda hamiləliyin fəsadları ilə bağlı Azərbaycanda elmi-tədqiqat işləri aparılıb. Məlum olub ki, 15-17 yaşda hamiləlik orqanizmdə, qaraciyərdə toksiki zəhərlənmələrə belə, yol aça bilər. S.Məmmədova qeyd edib ki, erkən hamiləlik qadınların sinir sisteminə də mənfi təsir göstərir. Doğuş zamanı onların sinir sisteminin travma alması mümkündür: "Erkən hamiləliyə uşaqlıq da tam hazır olmadığından müxtəlif fəsadlar yaranır. Bu yaşda abort çox təhlükəlidir. Erkən yaşda abortlar qanaxmalara, uşaqlığın qaşınması nəticəsində növbəti hamiləliyin baş tutmasında problemlərə yol açır. Ona görə də biz erkən nikahların qarşısının alınması, bu yaşda hamiləliyin zərəri barədə maarifləndirmə işləri aparırıq. Çox təəssüf ki, buna rəğmən, belə hallara rast gəlinir".

S.Məmmədova həmçinin qeyd edib ki, Azərbaycanda erkən nikahda hamiləlik qeydə alındığı zaman dərhal polisə bu barədə məlumat verilir: "Erkən nikahlara istisna hallarda rayon icra hakimiyyətləri tərəfindən icazə verilir. Əgər bu icazə yoxdursa, erkən yaşda hamilə olduğu qeydə alınan qadınlar doğum evinə gətirilən kimi bu barədə polisə məlumat verilir".

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə 15-17 yaşlı qadınlar 2129 belə uşaq dünyaya gətirib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda cənub zonasında erkən nikahlarla bağlı rəqəm Aran zonası ilə müqayisədə elə də qorxulu deyil. Hətta Bakının kəndlərində də erkən nikahlar qeydə alınır: "Araşdırmamıza görə, cənub zonasının elə ucqar kəndləri var ki, son 10-15 ildə orada ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə əksinə, təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi odur ki, o bölgədə radikal dini qruplaşmaların təsiri altına düşən oğlanların sayı çoxdur".

Xəbər lenti
0