CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Radioda şura yaradıldı - Keyfiyyətə nəzarət edəcək

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRadioya qulaq asan şəxs
Radioya qulaq asan şəxs - Sputnik Azərbaycan
Abunə olmaq
AzTV QSC-də artıq 8 aydır ki, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay iki dəfə toplanır və müzakirələr aparır

BAKI, 18 sentyabr — Sputnik. "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat verilib.

Artıq Bədii Şuranın tərkibi də müəyyən olunub:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev AzTV-yə yeni sədr təyin etdi

1. Rəşad Nəsirov - AzTV–nin sədr müavini

2. İlham Rəhimli – "Mədəniyyət" kanalının direktor müavini

3. Eldost Bayramov – Diktor

4. Ələmdar Quluzadə - "Uşaq verilişləri" redaksiyasının baş redaktoru

5. Şəfəq Əlixanlı – "Ədəbiyyat və İncəsənət" redaksiyasının baş redaktoru

6. Qorxmaz Şıxalıyev - "Səhər" redaksiyasının baş redaktor müavini

7. Rövşən Ramazanlı – "Xəbərlər" redaksiyasının baş redaktor müavini.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də artıq 8 aydır ki, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay iki dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan Bədii Şura isə iki aydan bir olmaqla toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Xəbər lenti
0