Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rok həvəskarı səfir rusiyalılar üçün darıxacağını deyib

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçid ABŞ səfiri Con Hantsman
 ABŞ səfiri Con Hantsman - Sputnik Azərbaycan
Abunə olmaq
Konsertdə rusiyalı Roman Miroşniçenkonun caz-füjn triosu və amerikalı kantri-blüz ifaçısı Tim İston iştirak ediblər

BAKI, 13 sentyabr — Sputnik. "Rusiyalı dostlarımız üçün darıxacağıq". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu gələn ay səlahiyyətlərini başa vuracaq ABŞ səfiri Con Hantsman Moskvadakı iqamətgahında baş tutmuş konsert zamanı deyib.

"Konsertlər, ab-hava, Spaso Haus (səfir iqamətgahı – red.) və sizin üçün darıxacağıq! "Siz" deyəndə rusiyalı dostlarımızı, birgə çalışmaq şərəfinə nail olduğum diplomat dostlarımızı, səfir dostlarımızı və mənə vəzifələrimi yerinə yetirməyə, Rusiya ilə münasibətləri sabitləşdirməyə kömək etmiş ABŞ səfirliyinin əməkdaşlarını nəzərdə tuturam. Sizin sayənizdə Spaso Hausu evimiz adlandırırdıq", - Hantsamn deyib.

Konsertdə rusiyalı Roman Miroşniçenkonun caz-füjn triosu və amerikalı kantri-blüz ifaçısı Tim İston iştirak ediblər.

"Rusiya və ABŞ onlar (musiqiçilər – red.) kimi birgə işləsəydilər problemlərimiz olmazdı", - Hantsman zarafatla deyib.

Amerikalı səfir rok musiqisinin həvəskarı kimi tanınır. O, gəncliyində musiqi qrupunda klavişli alətlərdə ifa edib.

Bir müddət öncə Hantsman istefası haqqında ərizəsini ABŞ Prezidenti Donald Trampa təqdim edib. Diplomat oktyabrın 3-də vəzifəsini tərk etməyə hazırlaşır.

Səfirin istefasını şərh etmiş rəsmi Moskva onu peşəkar adlandırıb, lakin qeyd edib ki, Hantsman hazırkı şəraitdə ikitərəfli münasibətlərin potensialını reallaşdıra bilməyib.

Xəbər lenti
0