Dəmir qapının taxta qapıya işi düşüb: Çərxi-fələk tərsinə dövran edir indi

© Ukraynanın Müdafiə NazirliyiUkraynanın “Olxa-M” raket sistemi sınaqda, arxiv şəkli
Ukraynanın “Olxa-M” raket sistemi sınaqda, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynanın 2012-ci ildə buraxdığı tarixi səhv bu ölkənin Azərbaycan bazarından tədricən sıxışdırılıb çıxarılmasına səbəb olub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. "Ukrayna və Azərbaycan arasında hərbi texniki sahədə əməkdaşlıq sıx və müntəzəm şəkildə müzakirə olunur. Ukraynada hərbi texniki sahədə istehsal olunan Azərbaycan məhsullarına tələbat var". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

O, həmçinin xatırladıb ki, Ukrayna məhsullarına Azərbaycan bazarında da tələbat var: "Ukrayna istehsalı olan hərbi məhsullar yalnız poliqonlarda deyil, həm də real döyüş şəraitində də test edilib".müdafiə 

Пакистанский истребитель JF-17, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Qiymət vs keyfiyyət: Azərbaycana "JF-17" qırıcıları lazımdırmı?

Sputnik Azərbaycan Ukrayna və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlıq potensialına dair hərbi ekspert Rəşad Süleymanovla həmsöhbət olub.

Rəşad Süleymanov vurğulayıb ki, Azərbaycan və Ukrayna hələ ötən əsrin 90-cı illərindən hərbi və hərbi-texniki sahələrdə çox sıx əməkdaşlıq ediblər: "Azərbaycan və Ukrayna arasında hərbi və hərbi-texniki əlaqələr 1992-ci ildən başlayıb və 2013-cü ilədək rəsmi Kiyev Azərbaycanın əsas hərbi tərəfdaşlarının ilk üçlüyündə qərarlaşıb. Qeyd olunan 20 illik zaman kəsiyində Azərbaycan Silahlı Qüvvələrinin və güc strukturlarının ehtiyaclarının qarşılanması məqsədilə Ukrayna ilə dəyəri bir neçə milyard dollardan çox olan müqavilələr bağlanıb, Azərbaycanın hərbi sifarişlərində Ukrayna (1992-2012) ilk yerdə dayanıb. Həmin dövrdə Azərbaycan Ukraynadan döyüş tankları, hərbi təyyarələr, helikopterlər, özüyeriyən artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və s. silah-sursat alıb".

Ekspert qeyd edib ki, 2012-ci ildə Ukraynanın Ermənistana "Smerç" reaktiv yaylım atəş sistemləri satması barədə məlumatların ortaya çıxmasından sonra iki ölkə arasında hərbi sahədə müəyyən soyuqluq yaşanmağa başladı: "Ukrayna ilə hərbi sahədə münasibətlər pozulandan sonra onun yerini Rusiya, Belarus və digər ölkələr tutdu. Təbii ki, bu sahədə ölkələr arasında münasibətlərin pozulmasında əsas səbəb Ukraynanın silah satışına məsul şirkətlərinin atdığı yanlış addımlar idi. Nəticədə isə Ukrayna MDB bazarında ən böyük ticarət tərəfdaşını itirdi və hər il yüz milyonlarla gəlir əldə etməkdən məhrum oldu".

Rəşad Süleymanov vurğulayıb ki, Ukraynada baş verənlər göstərdi ki, uzun illər Ukrayna hərbi sənayesi texnikaları rəngləyib satmaq və ya köhnə texnikaların müəyyən hissələrini dəyişib satmaqla başını dolandırıb.

Президент Франции Эммануэль Макрон, министр обороны Франции Флоренс Парли и Гийом Фори, генеральный директор Airbus, посещают стенд Airbus на 53-м международном парижском авиасалоне в аэропорту Ле-Бурже под Парижем - Sputnik Azərbaycan
Azərbaycan-Fransa müdafiə sənayesi əməkdaşlığı: paradokslar və perspektivlər

Ekspertin sözlərinə görə, hazırda Ukraynanın hərbi-texniki təchizatında ciddi problemlərin, çatışmazlıqların olması görünür. Çünki sovet dövründən qalan mövcud resurslar müasir dövrün tələblərinə uyğun gəlmir: "Lakin Ukrayna hələ də bir çox sahələrdə bu gün də dünyada liderliyini qoruyub saxlayıb. Onlardan biri də mühərriklərin istehsalıdır. Bura həm gəmi, həm aviasiya, həm də hərbi texnika mühərrikləri daxildir. Bu sahədə Ukrayna keçmiş sovet, Rusiya və Ukrayna təyyarələri, helikopterlərinin istifadə edildiyi coğrafiyada şəriksiz liderdir. Hesab edirəm ki, mühərrik təminatı məsələsində Ukrayna Azərbaycanla əməkdaşlıq edə bilər və bu sahədə böyük potensial var. Ukraynanın Zaporojye şəhərində mühərrik istehsalı sahəsində ixtisaslaşan "Motor Siç" şirkəti var ki, həm gəmi, həm aviasiya, həm də hərbi texnika mühərriklərinin istehsalı sahəsində postsovet məkanında ən böyük istehsalçılardan biridir. Bu şirkət Azərbaycanda da yaxşı tanınır və bildiyim qədəri ilə müəyyən məhsulları Azərbaycana ixrac edir. Ukraynanın təyyarə və helikopterlərin modernləşdirilməsində imkanları genişdir, həm də bu ölkənin bu texnikaları sertifikatlaşdırmaq icazələri var. Azərbaycanın istifadəsində olan döyüş təyyarələri və helikopterlərin müəyyən qisminin modernləşdirilməsi və sertifikatlaşdırılmasında da iştirak edə bilər. Ukrayna müəssisələri tank, ZTR və piyada döyüş maşınlarının modernləşdirilməsində köklü təcrübəyə malikdir".

Знамена НАТО перед штаб-квартирой НАТО в Брюсселе - Sputnik Azərbaycan
NATO ilə birgə təlimlər: ABŞ Gürcüstanı Rusiya ilə münaqişəyə itələyir

Rəşad Süleymanov qeyd edib ki, Ukraynanın hərbi sahədə zəif olduğu sahələr də var: "Məsələn, Ukrayna bu gün döyüş sursatları – patronları, pilotsuz uçuş aparatlar sahəsində böyük təcrübəyə malik deyil. Bu sahədə Ukrayna Azərbaycandan çox geri qalır. Ukrayna tərəfi daha əvvəl bu sahələrdə Azərbaycandan texnologiyalar almaqda maraqlı olduqlarını da bəyan etmişdi. Lakin bu məsələ Ukraynanın maliyyə problemləri və digər məsələlərə görə gündəmdən çıxdı. Azərbaycan müdafiə sənayesi müəssisələri müəyyən alt sistemləri və komponentləri Ukraynadan idxal edə bilər. Ukrayna atıcı silahların istehsalı sahəsində də o qədər də inkişaf etməyib. Azərbaycan isə bu sahədə snayper tüfəngləri, avtomatlar, tapançalar istehsalında kifayət qədər nəticələr edib və imkanları genişdir."

Ekspert sonda vurğulayıb ki, Ukrayna hərbi müəssisələri Azərbaycanla itirilmiş əlaqələri bərpa etmək istiqamətində ciddi səylər göstərirlər: "Həm "Ukroboronprom" Dövlət Konserni, həm də özəl sektor sənaye şirkətləri Azərbaycan bazarında təkrar yer almaq üçün imkanları araşdırır, 2014-cü ildən Bakıda keçirilən ADEX müdafiə sərgilərində aktiv iştirak edir".

Xəbər lenti
0