CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Aşura"da verilən qanın həcmi açıqlandı

© Sputnik / Zulfiyya GuluyevaAşura günü paytaxt Bakıda
Aşura günü paytaxt Bakıda - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 15:00-dək artıq 5 min 401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430.5 litr qan tədarük olunub

BAKI, 10 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi bu gün "Aşura" günü  ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyaları keçirilir.

Aşura günü paytaxt Bakıda - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş yarıb, qan tökən yoxdur, amma körpələr yenə ordadır

Qeyd etdiyimiz kimi, aksiyalar Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas” məscidi, “Sahibəzzaman” məscidi , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı” məscidi, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı və İçəri şəhər “Cümə məscidi”, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Soltanəli”məscidində davam edir.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, saat 15:00-dək artıq 5 min 401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.

Xəbər lenti
0