21:40 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Turist, arxiv şəkli

“Gəzməyə qərib ölkə” deyənlər üçün, xəbər var

CC0 / Free-Photos / hiker
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Turistlərin ən çox sevdiyi şəhərlərin arasında Türkiyənin də iki şəhərinin adı var

BAKI, 7 sentyabr — Sputnik. ABŞ-ın "MasterCard" şirkəti turistlərin ən çox sevdiyi şəhərlərin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, 200 şəhərin yer aldığı bu siyahıda ilk onluqda Türkiyənin iki şəhəri də qərarlaşıb.

2018-ci ildə turistlərin ən çox ziyarət etdiyi şəhər Tailandın paytaxtı Banqkok olub. Belə ki, artıq 4 ildir ki, bu siyahıya rəhbərlik edən Banqkok ötən il 22.7 milyon turistə ev sahibliyi edib. Siyahıda ikinci yerdə Paris, üçüncü yerdə isə London qərarlaşıb. İlk onluqda yer alan digər şəhər isə Dubay olub. Dubay həm də turistlərin ən çox pul xərclədiyi şəhər kimi yadda qalıb. Belə ki, ötən il 15.9 milyon turistin baş çəkdiyi şəhərdə adambaşına 533 dollar xərclənib.

İlk onluqda yer alan və turistlərin ən az pul xərclədiyi şəhər isə Antalya olub. Belə ki, 10-cu yerdə qərarlaşan bu şəhərdə adambaşına günlük təxminən 44 dollar xərclənir.

"MasterCard"ın məlumatına görə, siyahıda 8-ci olan İstanbulda isə günlük olaraq turistlər tərəfindən 106 dollar vəsait xərclənib. Ötən il ərzində Antalyaya 12.4 milyon turist, İstanbula isə 13,4 milyon turist axın edib. Siyahıda Antalya ilə İstanbulun arasında qərarlaşan Yaponiyanın paytaxtı Tokio da diqqət çəkici şəhərlər sırasında olub.

Qeyd edək ki, bundan əlavə siyahıda məşhur şəhərlərdən Nyu-York, Kuala Lumpur və Sinqapurun da adı var.

Əsas mövzular