06:48 29 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Son 18 ilin statistikasına görə, ən çox nikah bağlanan il 2011-ci il olub. Qeyd olunan dövrdə bağlanan nikahların sayı 88 min 145 olub

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Son illər Azərbaycanda nikahların sayında ciddi azalma qeydə alınıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, ötən il ərzində ölkədə cəmi 62 min 484 nikah bağlanıb. Bu rəqəm isə 2011-ci illə müqayisədə kifayət qədər aşağıdır.

Belə ki, son 18 ilin statistikasına görə, ən çox nikah bağlanan il 2011-ci il olub. Qeyd olunan dövrdə bağlanan nikahların sayı 88 min 145 olub. 2012-ci ildə bu rəqəmlərdə müəyyən qədər azalmalar olsa da, 2013-cü ildə rəqəmlərdə yenidən artım qeydə alınıb. Qeyd olunan dövrdə bağlanan nikahların sayı 86 min 852, 2014-cü ildə isə 84 min 912 olub. Bundan sonra isə nikahların sayında kəskin azalmalar qeydə alınıb.

Qeyd edək ki, 1990-cı ildə bağlanan nikahların sayı isə 73 min 119 olub.

Əsas mövzular