CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha gizlədə bilməyəcəklər, çünki üzü astarından baha başa gələcək

CC0 / Cadeau Maestro / officeİş yeri, arxiv şəkli
İş yeri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bir sıra hallarda işəgötürənlər çalışırlar ki, yeni iş yeri ilə bağlı hər hansı bir informasiya rəsmi qeydə alınmasın"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, 540-cı maddə (Məşğulluq haqqında qanunvericiliyin pozulması) yeni redaksiyada verilir. Yeni 540.2-ci maddəyə görə, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək. Burada "orqan (qurum)" dedikdə Nazirlər Kabineti nəzərdə tutulur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil İdarəsi müsabiqə keçirəcək – İş yeri var

İşəgötürən tərəfindən yeni iş yerinə dair məlumatın verilməməsi ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu gün hələ də işəgötürənlərin böyük əksəriyyəti əmək bazarında qeyri-leqal münasibətlərin formalaşmasının əsas iştirakçılarıdır: "Təhlillər göstərir ki, bu gün Azərbaycanda məşğul əhalinin təxminən üçdə birinin hansısa formada əməyi hüquqi şəkildə təsbit olunub. Məşğul əhalinin üçdə ikisi və yaxud 65 faizindən çoxu isə qeyri-leqal əmək bazarının iştirakçılarıdır. Təxminən bu göstəricilərə uyğun indikatorlar məşğulluq strategiyasında öz əksini tapıb".

Onun sözlərinə görə, bir sıra hallarda işəgötürənlər çalışırlar ki, yeni iş yerinin yaranması ilə bağlı hər hansı bir informasiya rəsmi qeydə alınmasın: "Çünki həmin iş yeri üçün cəlb edəcəyi şəxsi əksər hallarda qeyri-qanuni şəkildə prosesə cəlb edir. Bu da vergi ödənişlərindən yayınma cəhdi hesab olunur. Xərcləri aşağı salmaq məqsədilə sahibkarlar bu kimi hallara tez-tez yol verirlər".

O bildirib ki, amma digər tərəfdən, buna paralel olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü əsasında iş bankı formalaşdırılır: "Bunun əsas tərəflərindən biri də işəgötürənlərdir. Əgər işəgötürənlər məlumatları bu bazada yerləşdirməsə, əmək bazarında baş verən dinamikanın uçotunun dəqiq aparılması mümkün olmur. Eyni zamanda əməkçilərin hüquqlarının qorunması ilə bağlı aidiyyəti dövlət qurumları doğru-düzgün tədbirlər də görə bilmirlər. Əmək bazarında baş verən dinamika, işdən çıxarma, işəgötürmə ilə bağlı informasiyaların əldə olunması və onlara əlçatanlıq məşğulluqla bağlı dövlət siyasətinin aparılmasında, növbəti dövrlər üçün strategiyaların hazırlanmasında əsas məqamlardır. Bu, eyni zamanda son dövrlər qarşıya qoyulmuş məqsədlərdən biri hesab olunan qeyri-leqal əmək bazarı ilə mübarizə tədbirlərinin də effektivliyinin artmasına gətirib çıxarda bilər".

"Son dövrlərdə qanunvericiliyə edilən dəyişikliklər, o cümlədən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər məhz mövcud istiqamətdə status-kvonun dəyişməsinə hədəflənib"-deyə ekspert əlavə edib.

Təqvim, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan dörd günlük iş rejiminə keçə bilərmi?

Qeyd edək ki, 540-cı maddəyə olan digər dəyişikliyə görə, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək.

540-cı maddəyə olan digər bir dəyişikliyə görə, Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Xəbər lenti
0