Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Atası və əri tərəfindən döyüldüyü deyilən qadından xəbər var

© Sputnik / Shahperi AbbasovaAynur Vəliyevanın yaşadığı ev
Aynur Vəliyevanın yaşadığı ev - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlcə qadının özünə xəsarət yetirdiyi deyilsə də, sonradan sosial şəbəkələrdə ona həm ər evində, həmçinin də ata evində ağır bədən xəsarətləri yetirildiyi barədə müxtəlif versiyalar səsləndirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 avqust – Sputnik. Qax rayonun Turaclı kənd sakini, 1988-ci il təvəllüdlü Aynur Siyafət qızı Vəliyevanın xəsarət alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi gündəmi zəbt edib.

Bakı şəhər Prokurorluğu - Sputnik Azərbaycan
HADİSƏ
Övladını zəncirləyən qadına qarşı cinayət işi açıldı

Qeyd edək ki, əvvəlcə qadının özünə xəsarət yetirdiyi deyilsə də, sonradan sosial şəbəkələrdə ona həm ər evində, həmçinin də ata evində ağır bədən xəsarətləri yetirildiyi barədə müxtəlif versiyalar səsləndirilib.

Sputnik Azərbaycan-ın əməkdaşı baş vermiş olaya aydınlıq gətirmək məqsədilə həmin kənddə olub. Kənd sakinləri birmənalı olaraq sosial mediada yayılan məlumatların həqiqətə uyğun gəlmədiyini bildiriblər: "Hər iki ailə olduqca mədəni ailədir. Qız da, oğlan da çox mədəni insanlardır. Şayiələr yayırlar ki, qız atası və əri tərəfindən döyülüb. Bu, tam yanlış məlumatdır. Ailədir, ailədaxili problemləri ola bilər. Amma nə qızın atasının, nə də ərinin şiddət göstərəcəyinə inanmırıq".

Kənd sakinlərinin baş verənlərlə bağlı fikirlərini öyrəndikdən sonra xəsarət alan qadının ata evinə yollandıq. Qadının qardaşı Əfqan bəy də sosial şəbəkələrdə yazılanların yalan olduğunu söylədi: "İnsanlar bədbəxt bir hadisədən şou düzəltməyi sevirlər. Deyirlər ki, guya atam “xəstəxanadan çıxsan da səni sağ buraxmayacam” deyib. Bu, ağ yalandır. Belə bir şayiə də gəzir ki, guya onu atamla kürəkənimiz birləşib döyüblər. Belə bir hadisə olmayıb. Bacımla həyat yoldaşı arasında ailədaxili münaqişələr olub zaman-zaman. Elə bu hadisə də həmin münaqişələrdən qaynaqlanıb. Aralarında mübahisə olsa da, kürəkənimiz ona əl qaldırmayıb. Onlar boşanma ərəfəsindədirlər".

Qeyd edək ki, A.Vəliyeva avqustun 17-də koma vəziyyətində Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə başın və sifətin kəsilmiş-cırılmış yaraları və boyun nahiyəsində yumşaq toxumaların əziyi diaqnozu qoyulub. Xəstəxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, qadının vəziyyəti ağır olaraq qiymətləndirilir. Onun üç aylıq hamilə olduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0