20:21 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Dollar, arxiv şəkli

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

© AFP 2019 / MARK WILSON
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir

BAKI, 24 avqust — Sputnik. 01 iyul 2019-cu il tarixinə Azərbaycanın xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Bu barədə Maliyyə Nazirliyindən Sputnik Azərbaycan-a məlumat veriblər.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Əsas mövzular