CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi tədbirlər görəcək – Böyük məbləğli cərimə gəlir

© Sputnik / Murad OrujovСотрудник дорожной полиции Баку
Сотрудник дорожной полиции Баку - Sputnik Azərbaycan
Abunə olmaq
“Bir vaxtlar yüksəktonlu səs siqnallarının istifadəsinə rast gəlirdik, xüsusi tədbirlərin görülməsi ilə belə halların qarşısı alındı”

BAKI, 21 avqust — Sputnik. Son vaxtlar Bakı şəhərində bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqlarla maşınların səsinin süni şəkildə artırılması halları artıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Qax rayonunda baş vermiş yol qəzası - Sputnik Azərbaycan
HADİSƏ
Siyəzəndə avtomobil qəzası baş verib, azyaşlı xəsarət alıb

O, qeyd edib ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıqlar quraşdırılması halları müşahidə olunur. Bununla bağlı dəfələrlə maarifləndirici işlər aparılıb. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirilib.

"Amma təəssüflər olsun ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur. Qeyd edək ki, belə avtomobillərə yüksək məbləğdə cərimə nəzərdə tutulur. Əgər avtomobillərdə belə avadanlıqlar aşkar edilərsə, 500 manatdan 800 manata qədər cərimə ediləcəklər" – deyə Əsədov bildirib.

Onun sözlərinə görə, cəmiyyətin hər bir üzvünün bu mövzuda iştirakı olmalı, hər kəs bu tip maşınların olmasının əleyhinə çıxmalıdır.

Qeyd edək ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıqlar quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs edilən avadanlıqlar zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə idman oyunlarında, bənzəri tədbirlərdə istifadə olunmalı, xüsusən gecələr belə avtomobillər şəhərdə, yaşayış yerlərində istifadə olunmamalıdır.

"Bu səbəbdən profilaktiki tədbirlər keçirərək belə halların qarşısını tam almalıyıq. Bəhs edilən avadanlıqlara təkcə bahalı maşınlarda yox, hər növ avtomobillərdə rast gəlinir. Misal üçün, "VAZ-2107" tipli avtomobillərdə belə tip avadanlıqlara rast gəlmişik. Biz xidmət apardığımız ərazilərdə belə hallarla rastlaşdığımızda müvafiq tədbirlər görürük. Bir vaxtlar yüksəktonlu səs siqnallarının istifadəsinə rast gəlirdik, xüsusi tədbirlərin görülməsi ilə belə halların qarşısı alındı. "Qulişitel"ə qoyulan əlavə avadanlıqların ölkəyə gətirilməsi, burada hazırlanmasının da qarşısı alınmalı belə yerlərin aşkar edilib müvafiq tədbirlərin görülməsi vacibdir" – deyə o bildirib.

Xəbər lenti
0