Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İtalyan astronavtı kosmosdan konsert verəcək

© Photo : RoscosmosKosmos
Kosmos - Sputnik Azərbaycan
Abunə olmaq
Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb

BAKI, 13 avqust - Sputnik. İtaliyalı astronavt Luka Parmitano ilk "kosmik DJ"olacaq: o, Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (EKA) məlumat yayıb.

Konsert bu gün - avqustun 13-də silsilə "BigCityBeats World Club Dome Cruise Edition" çərçivəsində baş tutacaq. Astronavt Beynəlxalq Kosmik stansiyada "Columbus" modulundan çıxış edəcək.

Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italyanın kosmosa artıq ikinci uçuşudur.

Xəbər lenti
0