Meşə yanğınlarına sevinənlər də var imiş

© Sputnik / Pavel Lvov / Mediabanka keçidMeşə yanğını, arxiv şəkli
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bəziləri fəlakətdən əməlli-başlı yararlanır

BAKI, 3 avqust — Sputnik. Meşə yanğınları ümumilikdə heyvanlar üçün təhlükəli olsa da, bəzi canlılar bu fəlakətdən yararlanır.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, Moskva Dövlət Universitetinin Zoologiya Muzeyinin mətbuat katibi İlya Qomıranov RİA Novosti-yə müsahibəsində deyib ki, iki böcək növü genişmiqyaslı meşə yanğınlarından faydalanır.

Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb - Sputnik Azərbaycan
HADİSƏ
Bakının daha bir məşhur dükanı yanır - FOTO

"Bəzi heyvanların inkişafı birbaşa olaraq yanğınlardan asılıdır. Bunun ən parlaq nümunələrindən biri qızılböcəklərdir; onlar oddan zərər çəkmiş cavan iynəyarpaqlı ağacların kökyanı sahələrində, eləcə də kötüyündə məskunlaşırlar. (Bu böcəyin – red.) erkək və dişiləri tüstü və istini hiss edərək, kütləvi halda yanğın yerinə uçub gəlirlər; orada onlar közərən tir üzərində cütləşirlər. Bu böcəklərin sürfələri kömürləşmiş ağac üzərində daha yaxşı inkişaf edir", - Qomıranov deyib.

"Bundan başqa yanğın yerlərində qabıqyeyən böcəklər də olur ki, onların da inkişafı yalnız yanmış ağacda baş verir", - o əlavə edib.

Xəbər lenti
0