Polislər istixanada ölüm qiymətinə "məhsul" tapdılar

© AR Ministry of Internal AffairsÇətənə kolları
Çətənə kolları - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş məhkumun özünə "yeni həyat" qurmaq planları alt-üst oldu

BAKI, 23 iyul — Sputnik. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Mütəllimzadə saxlanılıb.

Ростки конопли на самой большой в Америке легальной ферме по выращиванию марихуаны в Лос Суэносе - Sputnik Azərbaycan
Balakən və Şəkidə 3 tondan çox narkotik bitki tapıldı

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ona məxsus qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi 400 kvadratmetr olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, çəkisi 630 kiloqram olan 550 ədəd çətənə kolu aşkar edilib. C.Mütəllimzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Əlavə axtarış zamanı C.Mütəllimzadəyə məxsus istixanadan 2 kiloqram 400 qram qurudulmuş marixuana, elektron tərəzi və bir ədəd "BSM-121 Stranser" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0